Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü - FOTO

Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb.

Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, A.Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur - VİDEO
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə
Müharibə hazırlıqları başladı:
Müharibə hazırlıqları başladı: - Türkiyəyə hücum?
Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin
reklam
Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq: - uşaqlarınızı ora aparmayın
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda
MM-in iclası başladı:
MM-in iclası başladı: - Nələr nüzakirə ediləcək?
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təhsil naziri
 
XİA.az - TƏQDİMAT