Bakıda cinsi azlığın nümayəndəsi həbs edilib

Bakıda cinsi azlığın nümayəndəsi həbs edilib

















Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov həbs edilib.

XİA.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.

Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi, sadəcə, elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.

Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmış, onun izahatı alınmış, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılmışdı.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT