Ötən il Mingəçevirdə qızıl dükanını yaran şəxs Bakıda yaxalandı

Ötən il Mingəçevirdə qızıl dükanını yaran şəxs Bakıda yaxalandı
2017-ci ilin oktyabrın 25-də Mingəçevir şəhər sakini Adil Yusifov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün günorta saatlarında ona məxsus qızıl-zinət alqı-satqısı mağazasından oğurluq edilməsi barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mağazadan ümumi dəyəri 112.000 manat olan müxtəlif növ qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini, əvvəllər məhkum olmuş Elnur Mahmudov olduğu məlum olub. Onun oğurladığı qızılları Bakı şəhərində kirayə yaşadığı evə apararaq orada saxladığı, bir qismini şəhər ərazisində fəaliyyət göstərən qızıl alqı-satqısı məntələrində dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.
Əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun kirayə yaşadığı evdən satdığı qızıllardan əldə etdiyi 4.000 manat pul və oğurlanmış qızılların bir qismi maddi sübüt kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət məcəlləsinin 177.3.2-ci (oğurluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT