"Qayınanam mənimlə münasibətdə olmaq istəyirdi" - qatil məhkəmədə susur, TƏFƏRRÜATLAR

"Qayınanam mənimlə münasibətdə olmaq istəyirdi"
Qayınanasını öldürən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Cavad İbrahimov yenə də məhkəməyə arxasını çevirib. İbrahimov bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər və o, xüsusi amansızlıqla adam öldürməyib. O, yenə də hakimin suallarına cavab verməyib.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılır ki, Cavid İbrahimov heç bir yerdə işləməyib və tüfeyli həyat tərzi sürüb. Qayınanası Nigar Namazova buna görə ona bir neçə dəfə iradını bildirib, işləməsini, ailəsinə baxmasını istəyib. İttihamda göstərilir ki, sonuncu mübahisə zamanı C.İbrahimov özündəngetmə xəstəliyi olan qayınanasını köməksiz vəziyyətdə olarkən döyməyə başlayıb. C.İbrahimov qayınanasının bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib və onun ölümünə səbəb olub.

C.İbrahimov hakimin "özünü təqsirli bilirsənmi", "ittihamla razısanmı", "ifadə vermək istəyirsənmi" kimi suallarına da cavab verməyib. Hakim C.İbrahimova xatırladıb ki, ifadə verməyəcəyi, danışmayacağı halda istintaqda ona qarşı edilən haqsılızqları bilməyəcəklər. C.İbrahimov yenə də cavab verməyib.

Məhkəmədə mərhumun qardaşı M.Osmanov ifadə verib. O, deyib ki, C.İbrahimov daha əvvəl də bacısını döyüb: "Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi. Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik".

M.Osmanov qeyd edib ki, bacısının ölüm xəbərini eşidəndə Bakıya gəlməyə maddi imkanı olmayıb: "Hadisəni eşidəndə 20 manatım var idi. Bakıya gələ bilmirdim. Gedib bunun atasına və qardaşına dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yiyə durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər".

Suallara cavab verən Osmanov C.İbrahimovun qətli törətməsi ilə bağlı dediyi səbəbin doğru olmadığını deyib. Bildirib ki, bacısı təmiz və namuslu qadın olub: "Bacım bizim böyüyümüz idi. 60 yaşlı bacım bizə ana əvəzi idi. Biz ona ana kimi hörmət edirdik. Dedikləri yalandır".

M.Osmanov onu da bildirib ki, mərhum bacısının qızı Arzu Namazova ilə C.İbrahimov arasında rəsmi nigah olmayıb: "Onların 3 övladı var. Bacım uşaqları öz sinəsində saxlayıb, özü də yerdə yatıb ki, uşaqlara nəsə olmasım, xəstələnməsinlər. Biz dedik ki, rəsmi nigah bağlasınlar. Amma Cavadın qardaşı deyirdi ki, biz özümüz edəcəyik. Amma 6 ildən çox evli qaldılar. Bu müddətdə də nigah kəsilmədi".

Növbəti məhkəmə proseslərinə Ağdaşdan gəlməyə maddi imkanının olmadığını deyən M.Osmanov təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini və növbəti proseslərin onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Musavat.com məhkəmədə danışmayan Cavad İbrahimovun ilkin ifadəsini əldə edib. Həmin ifadədə İbrahimov ittiham üzrə özünü qismən təqsirli bilib.

İbrahimov ifadəsində bildirib ki, qayınanası Nigar Namazovanı öldürmək niyyəti olmayıb: "Qaynanam Nigar bizlə yaşayırdı. O, sakit, heç kimlə problemi olmayan adam idi. Yoldaşım da işlədiyindən ev işlərini qayınanam görürdü. Evimizdə qaz olmadığından qaynanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb gətirib evi qızdırırdı. O evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə də bir neçə dəfə tapşırdım ki, odun dalınca getməsin”.

Cavad İbrahimovun iddiasına görə, qaynanası ona intim münasibətdə olmağı təklif edib. O da bundan əsəbiləşərək qaynanasını vurub: “15-20 gün sonra Nigar əxlaqsız qadın olduğunu və mənimlə cinsi münasibətdə olmaq istədiyini dedi. Buna etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Telefonum yox idi. Uşaqları evə qoyub qaçıb təcili yardım çağırmışam. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Nigarı müayinə edən zaman məlum oldu ki, o, artıq ölüb. Qorxduğum üçün qohumlara onun yıxıldığını demişəm”.

Hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova boğularaq öldürülüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəninin olduğu ortaya çıxıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham verilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT