Daşkəsəndə oğul ata və anasını baltalayıb - TƏFƏRRÜAT

Daşkəsəndə oğul ata və anasını baltalayıb

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.

XİA.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər ovladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT