Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada

Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada


Azərbaycanın sorğusu əsasında Gəncə hadisələrinə görə axtarışda olan daha bir nəfər Moskvada saxlanılıb.

Xia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, 34 yaşı var. O, terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırışlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb.

İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.

Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb. Artıq iki ölkənin müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT