Bakıda dəhşətli cinayət - Nənəsini diri-diri yandırdı

Bakıda dəhşətli cinayət
Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər”lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan XəzərXəbər-ə verilən məlumatına görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT