ŞOK ƏMƏLLƏR: Qayınata və kürəkən cinayətkar dəstə yaratdı və... - VİDEO

ŞOK ƏMƏLLƏR: Qayınata və kürəkən cinayətkar dəstə yaratdı və...

Sumqayıtda silsilə avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanılıb. Həmin şəxslər maşınları qaçırıb ban nömrələrini dəyişərək satıblar. Sata bilmədiklərini i bölərək ehtiyyat hissəsi kimi satıblar.

Avtomobilləri oğurlayıb, ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstə üzvləri ifşa edilib.

Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev Sumqayıt polisi tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan Yunis İmanov və Rafiq Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar.

Əsasən "VAZ" və "Tofaş" markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri Cəlal Əliheydərovun Biləcəri qəsəbəsində evinin həyətinə gətiriblər. Burada isə Cəlal Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. Cəlal Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər, paytaxt sakinləriMahmud Həsənov və dəstə üzvü Cəlal Əliheydərovun kürəkəniFüzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Füzuli Rəcəbov saxlanılan zaman o, polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsindən və üzərindən psixotrop maddə, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT