Binəqədi rayonunda 12 evdən oğurluq edən şəxslər saxlanılıb

Binəqədi rayonunda 12 evdən oğurluq edən şəxslər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.
​Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən əsasən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nə göndərilib, araşdırmalar davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT