“Yanğın işi”: - Onlara siqaret çəkmək üçün şərait yaradılırdı

“Yanğın işi”:

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov, onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xia.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mahir Abdullayev ifadə verərək, deyib ki, dispanserin qapılarının düzəldilməsi üçün avadanlıqlar ayrılmalı idi.

Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə cavabdeh olmayıb:

“Həm də bizə deyirdilər ki, tezliklə yeni istifadəyə veriləcək binaya köçəcəyik. Mənim qapıları dəyişmək və ya hansısa təmir aparmaq səlahiyyətim yoxdur. Ancaq oradakı bütün çatışmazlıqlar barədə Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik”.

M.Abdullayev çıxışında mərkəzdə müalicə olunan xəstələrin əlində alışqan olması barədə məsələyə də aydınlıq gətirib:

“Bəzi xəstələr vardı ki, onlar özlərini idarə edə bilirdilər. Buna görə onlara siqaret qəbul etmək üçün şərait yaradılırdı”.

Sonra M.Abdullayevin vəkili Elnur Salmanov hüquqlarını müdafiə etdiyi şəxs barəsində xasiyyətnaməni və bəzi sənədləri məhkəməyə təqdim edib. Vəkil deyib ki, M.Abdullayevin əmək müqaviləsində də yanğın təhlükəsizliyinə cavabdeh olması göstərilməyib.

Proses fevralın 15-də davam etdiriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT