Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Əməliyyat zamanı qeyd edilə cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı əlavə olaraq oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin,104,17 qram marixuana, həmçinin elektron tərəzi və bir əddə müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib,
Sabunçu RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub. Polis əməkdaşları onun onun əlindəki idman çantasına baxış keçirən zaman 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini daha sonra satmaq məqsədi ilə qurutduğunu bildirib.
Qeyd edilən hər iki faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT