Atasını öldürən şəxsin daha bir qətl törətdiyi ortaya çıxdı

Atasını öldürən şəxsin daha bir qətl törətdiyi ortaya çıxdı
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.

Xia.az APA-ya istinadən xəbər verir ki, 2014-cü ilin fevralında Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi “VAZ 21011” markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndinin ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı meyit aşkar edilməyib.

Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E.Heybətov K.Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün meyit basdırıldığı yerdən çıxarılıb.

Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən E.Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“İmamzadə” dini–mədəniyyət kompleksi ən dəyərli memarlıq abidələrindən biridir
“İmamzadə” dini–mədəniyyət kompleksi ən dəyərli memarlıq abidələrindən biridir
Bu kompleksin ən qiymətli abidəsi türbədir. “İmamzadə” dini-memarlıq
Gəncədə yeni mini futbol meydançası istifadəyə verilib
Gəncədə yeni mini futbol meydançası istifadəyə verilib
Meydança Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyə dəstəyi ilə ərsəyə
VİDEOREPORTAJ
VİDEOREPORTAJ - Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir
Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının
reklam
Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib
Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib
Azərbaycanın dövlət büdcəsindən 2013-cü ilin ortalarında Rusiyadan təhvil
Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb
Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb
2016-cı ildə taqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdən 80069,3
İŞİD-in 3 rəhbər şəxsi öldürüldü
İŞİD-in 3 rəhbər şəxsi öldürüldü
Aprelin 27-də Suriyanın Məyəddin şəhərində Türkiyə vətəndaşı Mustafa
 
XİA.az - TƏQDİMAT