Bakıda valyuta alverçiləri tutuldu - 103 MİN DOLLAR, 30 MİN AVRO... VİDEO


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları uğurlu əməliyyat keçiriblər.

APA TV-nin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs - Bakı şəhər sakini Kamran Şərifov 54 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 600 manat və 7 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT