Bakı metrosunun qarşısında cinayət - YENİLƏNİB

Bakı metrosunun qarşısında cinayət
Bakıda metronun qarşısında öldürülən şəxsin kimliyi məlum olub.
Xia.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qətlə yetirilən şəxsin 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov olması müəyyən edilib.

İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun “Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

16:48

Bakıda qətl törədilib.

Xia.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb.

25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT