Qadının evinə basqın edən şəxs: - "Göyərti ilə bir litr araq içmişdim"

Dekabr ayının 12-si gecə saat 2:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində quldurluq hadisəsi baş verib.

APA TV-nin yerli bürosuna verilən məlumata görə, kənd sakini 30 yaşlı Günel Yusifova övladları ilə birlikdə tək yaşadığı fərdi yaşayış evində iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb.

Zərərçəkənin sözlərinə görə, həmin şəxslər üzlərini görünməz hala salaraq soyuq silahla evə hücum ediblər. Əvvəlcə evin bir otağında axtarış aparan həmin şəxslər istədikləri qəniməti əldə edə bilmədikdə, yataq otağına daxil olublar. Orada qadına bıçaqla hədə-qorxu gələrək qızıl-zinət əşyalarını tələb ediblər. Bu zaman Yusifovanın həmin şəxslərdən birini tanıması quldurların istəyini ürəyində qoyub: "Tappıltıya tez ayıldım. Gördüm ki, hər yer qaranlıqdır. Telefonu yandıran kimi yatdığım otağa girdilər. Başımın üstündə dayanıb dedi ki, qızıl ver pul ver. Dedim pulum, qızılım yoxdur. Kimsənsə, çıx get. Dedi, sənə deyirəm pul, qızıl ver. Dedim yoxdur. Başımın üstündə əlində bıçaqla duranı tanıdım. Tanıdım ki, tutulan adamdır".

Hadisədən bir qədər sonra zərərçəkənin yaxınları Şəmkir rayon Polis Şöbəsinin Kür bölməsinə məlumat verib. Əməliyyatçıların ilkin araşdırmasında sonra quldurluq edən şəxslərdən birinin qonşuluqda yaşayan 33 yaşlı Xəyal Həsənov olduğu müəyyən edilib. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Həsənov saxlanaraq istintaqa təhvil verilib. O, ifadəsi zamanı hadisəni əmisi oğlu 27 yaşlı Rəşad Quliyevlə birgə törətdiyini deyib. Xəyal Həsənov hadisəyə səbəb kimi normadan artıq qəbul etdiyi spirtli içkini göstərib. Niyyətləri isə quldurluq yolu ilə əldə etdikləri pulla maşın almaq olub: "Göyərti ilə 1 litr yarım araq içdik. İçkinin havasına bu hadisəni törətdik. İçəri girib pul tələb etdim. Dedi heç nə yoxdur".

Qonşuları düşmən edən qohumlar barəsində cinayət işi başlanılıb. Onların Qaracəmirli və ətraf kəndlərdə başqa kimlərə ziyan vurduğu araşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT