Samuxda evdən qızıl oğurlayan dəstə üzvləri ələ keçdi - VİDEO


Samux rayonunun Çobanabdallı kənd sakini Ceyhun Məmmədovun yaşadığı mənzildə oğurluq hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, səhər saatlarında ailə üzvləri ilə birlikdə işə yollanan ev sahibləri geri dönəndə gördüklərinə inanmayıblar.

Zərərçəkənin sözlərinə görə, pəncərəni sındıraraq içəri daxil olan çağırılmamış qonaqlar oradan xeyli miqdarda qızıl-zinət əşyalarını oğurlayıblar: "Saat 5-ə qalmışdı evə gəldik. Yoldaşım baxdı, dedi evə giriblər. Biz də dərhal polisə izahat verdik. Evdə hər şey səliqəli idi. Bir komplekt və bir də mənim nişan üzüyümü aparıblar".

Zərərçəkənin müraciəti əsasında evə baxış keçirən polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Asayiş keşikçiləri elə ilk cəhddəcə oğurluğu törədənləri müəyyən edib. Məlum olub ki, hadisə ev sahibinin qohumu, Qarabağlar kənd sakini 22 yaşlı Sahil Hüseynov tərəfindən törədilib. Hüseynova bu işdə həmkəndliləri - "Pəhləvan" ləqəbli 26 yaşlı Mərifət Uğurlu və Səbuhi Qurbanov yardım edib.

Əşrəf Yusifzadə, müstəntiq: "Hüseynov Sahil Ramiz oğlu Uğurlu Mərifət Zakir oğlu və Qurbanov Səbuhi İsrail oğlu ilə birlikdə qrup təşkil edərək, Samux rayonunun Çobanabdallı kəndində Hüseynova Yeganə Nüsrət qızının yaşadığı evə qanunsuz daxil olaraq, xeyli miqdarda qızıl zinət əşyalarını gizli yolla talayaraq oğurluq ediblər".

Hər üç şəxs dindirmə zamanı əməllərini səmimi etiraf ediblər. Onlar cinayəti planlı şəkildə törətdiklərini və oğurluq yolu ilə əldə etdikləri qızıl-zinət əşyalarını Gəncə şəhərində satdıqlarını deyiblər. O ki qaldı əldə etdikləri vəsaitə, saxlanılan şəxslər pulu kef məclisinə xərclədiklərini söyləyiblər.

Sahil Hüseynov: "Səbuhi ilə Mərifətə dedim ki, belə bir iş var. Qohumumun evində qızıl var. Bunlar da razılaşdılar. Gəldik səhəri gün, bunlar çöldə gözlədilər. Mən içəri girib götürüb çıxdım".

Səbuhi Qurbanov: "Mən stadionun yanında durdum. Bu keçib götürüb çıxdı. Mənə zəng etdi ki, taksiyə otur gəl. Taksi ilə gedib "qlavnı"da satdıq. Əynimizə paltar alıb, qalan pulu da yeyib içdik".

Mərifət Uğurlu: "Mən bu biri küçədə gözlədim. Biri getdi, biri isə digər küçədə gözlədi. Mən dedim ki, kimsə gəlsə, xəbər edəcəm".

Hər üç şəxs əməllərindən peşman olsa da, bu peşmançılıq onları məsuliyyətdən azad etməyəcək. Hazırda dəstə üzvlərinin bu kimi əməllərlə başqa kimlərə ziyan vurduğu araşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT