Maaş əvəzi saxta pul aldı, dükanda xərclədi - NONSENS


Saxta pulları dövriyyəyə buraxmaq istəyən Tovuz rayon sakini saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuzdakı mağazaların birində baş verib.

Aldığı pulun saxta olduğunu sonradan anlayan sahibkar Mehriban Quliyeva bu barədə dərhal rayon polisini məlumatlandırıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Böyük Qışlaq kənd sakini, 25 yaşlı Namiq Bayramov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən qanunsuz yollarla çap olunan 4 ədəd saxta 100 manatlıq əsginaslar götürülüb.

İlkin dindirmədən sonra Namiq Bayramov etdiyi cinayəti etiraf edib. Bildirib ki, əldə etdiyi saxta pulları işlədiyi müəssisənin sahibindən əməkhaqqı şəklində alıb və əsginasların qanunsuz olduğundan xəbərsizdir.

Hazırda faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır. Cinayətdə başqa şəxslərin də iştirakı, saxta əsginasların hansı şəraitdə və kimlər tərəfindən çap olunması araşdırılır.

Qeyd edək ki, şübhəli şəxs kimi nəzarətə götürülən Namiq Bayramovun əvvəllər cinayət tərkibli əməli olmayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT