Bakıda anasının başını kəsərək yandıran şəxs xəstəxanada ölüb

Bakıda anasının başını kəsərək yandıran şəxs xəstəxanada ölüb
Ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb
Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb.
"Report"un xəbərinə görə, ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxanada müalicə alan 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu hələlik məlum olmayan səbəbdən vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. E.Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Şahbalayev 2010-cu ilin dekabrında Binəqədi rayonunun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib. E.Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şahbalayev Xırdalan şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
E.Şahbalayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baxılıb. O, bir neçə il azadlıqdan məhrum edilib.
E.Şahbalayev həbsdə olduğu zaman 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT