“Bakı-Tbilisi-Qars dəmir yolu xətti strateji baxımdan böyük əhəmiyyət daşıyır”

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti strateji baxımdan böyük əhəmiyyət daşıyır”
"Bu la­yi­hə­­nin im­kan­la­rın­dan qon­şu Ru­si­ya­­nın da is­ti­fa­də et­mə­si real­lı­ğa ya­­xın eh­ti­mal­dır"

Ba­kı-Tbi­li­si-Qars də­mir ­yo­lu xət­ti­nin ti­kin­ti­si­ni uğur­la ba­şa çat­dı­ran Azərbay­ca­nın dün­ya­da mü­hüm nəq­liy­yat dəh­li­zi ki­mi möv­qe­yi da­ha da möhkəm­lən­di.

“Azər­baycan Də­mir Yol­la­rı” Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti­nin səd­ri Ca­vid Qur­ba­no­v “Şərq-Qərb” və “Şi­mal-Cə­nub” nəq­liy­yat dəh­liz­lə­ri la­yi­hə­lə­ri­ni də uğur­la real­laş­dı­ran Azərbay­ca­nı bu sa­hə­də göz­lə­yən pers­pek­tiv­lər ba­rə­də danışıb. Moderator.az saytı C.Qurbanovun “Milli Məclis” jurnalına müsahibəsini təqdim edir:

- Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti­nin si­ya­si, iq­ti­sa­di sə­mə­rə, sü­rət və vaxt tez­li­yi ba­xı­mın­dan rə­qa­bət­li­li­yi­ni ne­cə də­yər­lən­di­rir­si­niz?

- Müasir dövr­də nəq­liy­yat Azər­bay­ca­nın iq­ti­sa­di si­ya­sə­ti­nin əsas tər­kib his­sə­si­nə çev­ril­miş­dir və Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­­ham Əli­ye­vin daim diq­qət mər­kə­­zin­də­dir. Döv­lət baş­çı­sı­nın tap­şı­­rıq­ları sa­yə­sin­də son il­lər ər­zin­də bu sa­hə­yə iri­həcm­li in­ves­ti­si­ya­lar ya­tı­rı­la­raq, bu­ra­da əsl dö­nüş ya­­ rat­maq müm­kün olub. Azər­bay­­ can ya­xın pers­pek­tiv­də iri tran­zit və lo­gis­tik mər­kə­zə çev­ri­lə­cək. Bu məq­səd­lə öl­kə­də av­to­mo­bil, də­mir yo­lu, su və ha­va nəq­liy­yat növ­lə­ri­nin ümu­mi in­ki­şa­fı­nı tə­min edə­­ cək st­ra­te­ji proq­ram­lar ha­zır­la­na­­ raq tət­biq olu­nur. Bu­nun sa­yə­sin­­ də Azər­bay­ca­nın tran­zit öl­kə ki­mi cəl­b­e­di­ci­li­yi və nəq­liy­yat sa­hə­sin­­ də rə­qa­bət­li­li­yi ar­ta­caq. Bu isə əla­və in­ves­ti­si­ya­la­rın ya­tı­rıl­ma­sı­na, ye­ni is­teh­sa­lat sa­hə­lə­ri­nin və iş yer­lə­ri­nin açıl­ma­sı­na, ti­ca­rə­tin, ümu­miy­yət­lə, biz­ne­sin in­ki­şa­fı­na şə­rait ya­ra­da­caq.

Bil­di­yi­niz ki­mi, Azər­bay­can Pre­­ zi­den­ti cə­nab İl­ham Əli­ye­vin tə­şəb­büs­ka­rı ol­du­ğu və son döv­rün ən iri nəq­liy­yat inf­rast­ruk­tur la­yi­hə­lə­­rin­dən sa­yı­lan Ba­kı-Tbi­li­si-Qars də­­ mir yo­lu­nun ti­kin­ti­si ar­tıq ye­kun­­ laş­dı­rı­lıb və okt­yab­rın 30-da ye­ni xət­tin is­tis­ma­ra ve­ril­mə­si mə­ra­si­mi ke­çi­ri­lib. Bu də­mir yo­lu xət­ti Av­ro­­pa ilə Asi­ya ara­sın­da da­şın­ma­lar­da bö­yük əhə­miy­yə­tə ma­lik­dir. La­yi­­hə­nin ta­ri­xi İpək Yo­lu üzə­rin­də qu­­ rul­ma­sı re­gion öl­kə­lə­ri üçün onun cəl­be­di­ci­li­yi­ni ar­tı­rır. Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu Azər­bay­can, Gür­­ cüs­tan və Tür­ki­yə əla­qə­lə­ri­ni, əmək­daş­lı­ğı­nı möh­kəm­lən­dir­mək­­ lə, ara­la­rın­da ti­ca­rə­tin in­ki­şa­fı­na Ba­kı-Tbi­li­si-Qars də­mir ­yo­lu xət­ti­nin ti­kin­ti­si­ni uğur­la ba­şa çat­dı­ran Azərbay­ca­nın dün­ya­da mü­hüm nəq­liy­yat dəh­li­zi ki­mi möv­qe­yi da­ha da möhkəm­lən­di. “Şərq-Qərb” və “Şi­mal-Cə­nub” nəq­liy­yat dəh­liz­lə­ri la­yi­hə­lə­ri­ni də uğur­la real­laş­dı­ran Azərbay­ca­nı bu sa­hə­də göz­lə­ yən pers­pek­tiv­lər ba­rə­də bir ne­çə sual­la “Azər­baycan Də­mir Yol­la­rı” Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti­nin səd­ri Ca­vid Qur­ba­no­va mü­ra­ciət et­dik. 24 Milli Məclis noyabr-dekabr 2017 25 töh­fə ver­mək­lə Av­ro­pa ilə Asi­ya ara­sın­da yük­da­şı­ma­lar sis­te­min­də mal döv­riy­yə­si­nin art­ma­sı­na şə­rait ya­ra­da­caq. Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə ara­sın­da qar­daş­lı­ğın, döv­­ lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin və ti­ca­rə­tin in­ki­şa­fı ba­xı­mın­dan tək­cə da­şı­­ma­lar sis­te­min­də de­yil, həm də Av­ra­si­ya qi­tə­sin­də sə­na­ye və kənd tə­sər­rü­fa­tı­nın, gə­mi­çi­li­yin, də­mir yo­lu sə­na­ye­si­nin və ma­şın­qa­yır­ma­nın yük­sə­li­şi üçün, elə­cə də biz­nes və məş­ğul­luq sa­hə­sin­də də xü­su­si tə­si­rə ma­lik­dir.

Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu­nun in­şa­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si iq­ti­sa­­di sə­mə­rə­li­lik, sü­rət və vaxt tez­li­yi, təh­lü­kə­siz­lik və eti­bar­lı­lıq ba­xı­­mın­dan bö­yük əhə­miy­yət kəsb edir. Yük­da­şı­ma­la­rın həc­mi 3-cü is­tis­mar ilin­də 3-5 mil­yon ton, 5-ci is­tis­mar ilin­də 6-8 mil­yon ton, 10-cu is­tis­mar ilin­də isə 10 mil­yon ton və da­ha çox proq­noz­laş­dı­rı­lır. 2034-cü il­də 3 mil­yon sər­ni­şin və 17 mil­yon ton yük da­şı­na­ca­ğı eh­ti­­ mal olu­nur.

Ba­kı-Tbi­li­si-Qars də­miryo­lu “Şərq-Qərb” nəq­liy­yat dəh­li­zin­də yük­da­şı­ma­la­rın qiy­mə­ti­ni aşa­ğı sa­­la­caq, mal­la­rın çat­dı­rıl­ma müd­də­­ti­ni qı­sal­da­caq. Bu yol he­sa­bı­na yük­lə­ri Çi­nin şərq əya­lət­lə­rin­dən Tür­ki­yə­yə qə­dər 15-20 gü­nə nəql et­mək müm­kün­dür. Al­ter­na­tiv də­­niz yol­la­rı ilə bu rə­qəm 40-45 gün təş­kil edir.

Bun­dan baş­qa Mər­kə­zi Asi­ya öl­­kə­lə­ri­nin Av­ro­pa­ya çı­xı­şı asan­la­şa­­caq. Ey­ni za­man­da, Əf­qa­nıs­ta­nın da im­kan­la­rı unu­dul­ma­ma­lı­dır. Qərb geoloq­la­rı tə­rə­fin­dən bir ne­çə il ön­cə bu öl­kə­də nə­həng həcm­də, ümu­mi də­yə­ri bir tril­yon dol­la­ra bə­ra­bər də­mir, qı­zıl, mis, ko­balt və mo­lib­den eh­ti­yat­la­rı aş­kar­lan­mış­­ dır. Bu ami­li be­lə is­tis­na et­dik­də, dəh­li­zin ef­fek­tiv­li­yi ye­nə də qiy­­mət­li ola­raq qa­lır.

Heç şüb­hə yox­dur ki, bu la­yi­hə­­nin im­kan­la­rın­dan qon­şu Ru­si­ya­­nın da is­ti­fa­də et­mə­si real­lı­ğa ya­­xın eh­ti­mal­dır. Bu, ilk növ­bə­də Ru­si­ya ilə Tür­ki­yə ara­sın­da son za­man­lar kəs­kin ar­tan xa­ri­ci ti­ca­­rət döv­riy­yə­si ilə əla­qə­dar­dır. Mə­­lum­dur ki, ha­zır­da bu iki öl­kə ara­sın­da də­miryo­lu bağ­lan­tı­sı yox­dur. Bu la­yi­hə isə hə­min bağ­­lan­tı­la­rı Azər­bay­can üzə­rin­dən ger­çək­ləş­di­rə bi­lər.

Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu həm­çi­nin Tür­ki­yə­nin Mer­sin li­ma­­nı va­si­tə­si iləAra­lıq də­ni­zi re­gionu­na çı­xı­şı tə­min edir. Bu da öz növ­­bə­sin­də la­yi­hə­nin əla­və üs­tün­lük­­lə­rin­dən­dir.

Azər­bay­can isə Ba­kı-Tbi­li­siQars də­mir yo­lu va­si­tə­si ilə Tür­ki­yə ilə bir­ba­şa də­miryo­lu əla­qə­si ya­rat­maq­la iki döv­lət ara­sın­da olan mü­na­si­bət­lə­ri da­ha da möh­­kəm­lən­di­rə­cək. Bu la­yi­hə Nax­çı­­van Mux­tar Res­pub­li­ka­sı­nı blo­ka­­da­dan çı­xa­ra­raq onun nəq­liy­yat müs­tə­qil­li­yi­nin tə­min edil­mə­sin­­ də də va­cib amil­lər­dən­dir. Be­lə ki, Er­mə­nis­ta­nın Azər­bay­ca­na mə­­lum tə­ca­vü­zü nə­ti­cə­sin­də pay­taxt Ba­kı­nı Nax­çı­van­la bir­ləş­di­rən qu­­ru nəq­liy­yat kom­mu­ni­ka­si­ya­la­rı bağ­lan­mış­dır. Ona gö­rə də Azər­­ bay­can hö­ku­mə­ti As­ta­ra-Rəşt-Nax­çı­van də­miryo­lu­nun in­şa­sı­na ma­raq gös­tər­mək­lə, ey­ni za­man­­da, Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti la­yi­hə­si ilə bağ­lı Qars­dan Nax­çı­va­na ay­rı­ca bir də­mir yo­lu qo­lu­nun çə­kil­mə­si­ni növ­bə­ti bir plan ki­mi nə­zər­dən ke­çi­rir. Bu­­nun­la da Nax­çı­van Mux­tar Res­­pub­li­ka­sı­nın nəq­liy­yat prob­le­mi tam həll edi­lə­cək.

Be­lə­lik­lə, Av­ro­pa ilə Asi­ya ara­­sın­da da­şı­ma­lar­da ye­kun bənd sa­­yı­lan Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti həm si­ya­si, həm iq­ti­sa­di, həm də st­ra­te­ji ba­xım­dan bö­yük əhə­miy­yət da­şı­yır və Azər­bay­can xal­­ qı bun­dan son­ra uzun il­lər ər­zin­də bu qlo­bal la­yi­hə­dən fay­da­la­na­caq, gə­lə­cək nə­sil­lər onun bəh­rə­si­ni gö­­rə­cək­lər.


- Ca­vid müəl­lim, “Şi­mal-Cə­nub” bey­nəl­xalq nəq­liy­yat dəh­li­zi üz­rə də­mir yo­lu­nun in­şa­sı iş­lə­ri han­sı mər­hə­lə­də­dir?


- Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin tap­şı­rıq­la­rı əsa­sın­­ da öl­kə­miz­də, ey­ni za­man­da, “Şi­­ mal-Cə­nub” nəq­liy­yat dəh­li­zi­nin in­ki­şa­fı is­ti­qa­mə­tin­də önəm­li ad­­dım­lar atı­lır. Azər­bay­can, Ru­si­ya və İran döv­lət baş­çı­la­rı­nın 2016- 2017-ci il­lər­də ke­çir­dik­lə­ri üç­tə­rəf­li gö­rüş­lər, ey­ni za­man­da, apa­rı­lan iki­tə­rəf­li da­nı­şıq­lar, ora­da mü­za­ki­rə olu­nan mə­sə­lə­lər və qə­bul edi­­lən qə­rar­lar bir­ba­şa “Şi­mal-Cə­nub” bey­nəl­xalq nəq­liy­yat dəh­li­zi­ninin­­ ki­şa­fı­na tə­sir gös­tə­rir.

2016-cı il fev­ra­lın 23-də Azər­­ bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin İran İs­lam Res­pub­­ li­ka­sı­na sə­fə­ri za­ma­nı “Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti ilə İran İs­­lam Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­­ sın­da Azər­bay­can və İran də­mir yol­la­rı­nın əla­qə­lən­di­ril­mə­si haq­­qın­da” Çər­çi­və Sa­zi­şi və bu sa­ziş­lə bir­ba­şa əla­qə­si olan “Azər­bay­can Də­mir Yol­la­rı” QSC ilə İran İs­lam Res­pub­li­ka­sı­nın Də­mir Yol­la­rı ara­­sın­da “Azər­bay­can-İran döv­lət sər­hə­din­də As­ta­ra ça­yı üzə­rin­də də­­mir yo­lu kör­pü­sü­nün ti­kin­ti­si haq­qın­da” Mü­qa­vi­lə im­za­la­nıb. Əl­də edi­lən iki­tə­rəf­li ra­zı­lı­ğa əsa­sən iri inf­rast­ruk­tur la­yi­hə­si­nə - Azər­bay­­can və İran də­mir yol­la­rı­nın bir­ləş­ di­ril­mə­si­nə dair iş­lə­rə start ve­ril­di. İl­kin mər­hə­lə­də Azər­bay­ca­nın As­­ta­ra stan­si­ya­sı ilə İra­nın As­ta­ra stan­si­ya­sı ara­sın­da də­miryo­lu­nun və iki döv­lət sər­hə­din­də də­mir yo­­lu kör­pü­sü­nün in­şa­sı­na baş­la­nı­lıb.

Tə­mə­li 2016-cı il ap­re­lin 20-də qo­yu­lan As­ta­ra ça­yı üzə­rin­də 82,5 metr uzun­lu­ğu, 8 metr hün­dür­lü­­yü və 11,8 metr eni olan kör­pü­nün ti­kin­ti­si də tam ye­kun­laş­dı­rı­lıb. Bu­nun­la ya­na­şı Azər­bay­ca­nın As­­ta­ra stan­si­ya­sın­dan İran sər­hə­di­nə qə­dər 8,5 km əsas yol, 7,52 km stan­si­ya­da­xi­li yol­lar, ümu­mi­lik­də isə 16 km-dən ar­tıq də­mir yo­lu­nun ti­kin­ti­si tam ba­şa çat­dı­rı­lıb. Be­lə­­lik­lə, Azər­bay­can əra­zi­sin­də bü­tün iş­lər ar­tıq ta­mam­la­nıb, yə­ni bü­tün inf­rast­ruk­tur ha­zır­dır.

Bu gün İran tə­rə­fin­də 1,4 km-lik də­mir yo­lu­nun və İran əra­zi­sin­də yer­lə­şən As­ta­ra stan­si­ya­sı­nın bi­na­­ sı­nın in­şa iş­lə­ri apa­rı­lır ki, bun­la­rın da 2017-ci il de­kab­rın son­la­rın­da ta­mam­la­na­ca­ğı nə­zər­də tu­tu­lur. Elə hə­min ta­rix­də ilk yük qa­ta­rı­nın Azər­bay­can­dan İra­na yo­la sa­lın­­ma­sı plan­laş­dı­rı­lır.

As­ta­ra-As­ta­ra də­mir yo­lu­nun in­şa­sı ba­şa çat­dıq­dan son­ra Azər­­bay­can­la İran ara­sın­da tran­zit yük­lə­rin da­şın­ma­sı hər iki tə­rəf üçün asan­la­şa­caq. Bun­dan əla­və iki öl­­kə­nin də­mir yol­la­rı­nı tam bir­ləş­­dir­mək məq­sə­di ilə 167 km-lik As­­ta­ra-Rəşt də­mir yo­lu­nun in­şa­sı­na start ve­ril­mə­li­dir. Bu iş­lər Azər­­bay­can hö­ku­mə­ti­nin ayır­dı­ğı kre­­dit he­sa­bı­na hə­ya­ta ke­çi­ri­lə­cək. Bü­­ tün iş­lər ye­kun­la­şan­dan son­ra Skan­di­na­vi­ya öl­kə­lə­ri, Ru­si­ya, Azər­bay­can və İra­nın də­mir yol­la­rı bir şə­bə­kə­də bir­lə­şə­cək və Şi­mal­­dan İran kör­fə­zi­nə qə­dər va­hid də­mir yo­lu for­ma­la­şa­caq.


- “Azər­bay­can Də­mir Yol­la­rı” Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti öl­kə­mi­zin di­na­mik in­ki­şaf edən, bö­yük iq­ti­sa­di töh­fə­lər vəd edən qu­ru­mu­dur. Ümumiy­yət­lə, rəh­bər­lik et­di­yi­niz ida­rə­də son il­lər apa­rı­lan is­la­hat­lar han­sı nailiy­yət­lə­rin əldə olun­ma­sı­na gə­ti­rib çı­xardı?


- Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin diq­qət və qay­ğı­sı, tap­şı­rıq və gös­­ tə­riş­lə­ri nə­ti­cə­sin­də son il­lər res­­pub­li­ka­mı­zın əra­zi­sin­də möv­cud olan də­mir yol­la­rı­nın in­ki­şaf et­di­­ril­mə­si və bey­nəl­xalq stan­dart­lar əsa­sın­da rə­qa­bə­tə da­vam­lı və­ziy­­yə­tə gə­ti­ril­mə­si is­ti­qa­mə­tin­də bö­­yük iş­lər gö­rül­müş, həm­çi­nin də­­miryo­lu sis­te­min­də bir sı­ra iri la­yi­hə­lər hə­ya­ta ke­çi­ril­miş, öl­kə­mi­zin tran­zit po­ten­sialı­nın güc­lən­di­ril­­mə­sin­də məq­səd­yön­lü və uğur­lu ad­dım­lar atıl­mış­dır.

Ha­zır­da “Azər­bay­can Də­mir Yol­la­rı” QSC tə­rə­fin­dən hə­rə­kət he­yə­ti­nin ye­ni­lən­mə­si, sər­ni­şin və yük da­şı­ma­la­rın­da ope­ra­tiv­li­yin və təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı, xid­mət key­fiy­yə­ti­nin bey­nəl­xalq stan­dart­lar əsa­sın­da yük­səl­dil­mə­­si, da­xi­li ins­ti­tu­sional sis­te­min tək­­mil­ləş­di­ril­mə­si, ha­be­lə öl­kə­nin id­­xal-ix­rac po­ten­sialı­nın ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də bir sı­ra la­yi­hə­lər ic­ra edil­mək­də­dir.

Bu gün Azər­bay­can də­mir yol­la­rı­nın ümu­mi uzun­lu­ğu 2910 km təş­kil edir ki, onun da 60%-i elekt­­ rik­ləş­di­ril­miş yol­dur. Də­mir yol­lar av­to­mat­laş­dı­rıl­mış işa­rə­ver­mə sis­­te­mi ilə təc­hiz olu­nub. Azər­bay­can də­mir yol­la­rın­da ye­ni­lən­mə pro­se­si­nin va­cib his­sə­si olan inf­rast­ruk­­tur əsas­lı tə­mir edi­lir və ye­ni də­mir yol­la­rı ti­ki­lir. Bu iş­lər çər­çi­və­sin­də yol­la­rın üst qu­ru­lu­şu­nun və elekt­­rik təc­hi­za­tı sis­te­mi­nin ye­ni­dən qu­rul­ma­sı, işa­rə­ver­mə və ra­bi­tə sis­tem­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si, mər­kəz­ləş­di­ril­miş dis­pet­çer ida­­ rəet­mə sis­te­mi­nin ya­ra­dıl­ma­sı hə­­ya­ta ke­çi­ri­lir.

Azər­bay­can də­mir yol­la­rın­da hə­rə­kət tər­ki­bi­nin ye­ni­lən­mə­si­nə dair çox­tə­rəf­li iş­lər apa­rı­lır. Yük va­qon par­kı­nın 60%-i ye­ni­lə­nib. Ey­ni ilə lo­ko­mo­tiv par­kın ye­ni dən­qu­rul­ma­sı məq­sə­di ilə ye­ni elekt­ro­voz və tep­lo­voz­lar alı­nıb ki, on­la­rın ara­sın­da Fran­sa­nın “Als­tom” şir­kə­ti­nin is­teh­sa­lı olan 50 ədəd müasir elekt­ro­voz­lar da var.

Bu­nun­la ya­na­şı Ba­kı-Sum­qa­yıt sü­rət qa­ta­rı, ha­be­lə Nax­çı­van-Təb­­ riz-Məş­həd qa­ta­rı is­ti­fa­də­yə ve­ril­­ miş, bu­nun­la bağ­lı bü­tün mü­va­fiq inf­rast­ruk­tur şə­bə­kə­si qu­rul­muş­­ dur.

Öl­kə rəh­bə­ri İl­ham Əli­yev cə­­nab­la­rı tə­rə­fin­dən və­tən­daş və in­­san məm­nun­lu­ğu­nun tə­mi­ni məq­­sə­di ilə for­ma­laş­dı­rıl­mış və dün­ya sə­viy­yə­sin­də ta­nın­mış bir bren­də çev­ril­miş ASAN in­no­va­tiv sis­te­mi çər­çi­və­sin­də də­mir yol­la­rın­da mü­­hüm is­la­hat­lar hə­ya­ta ke­çi­ril­miş­­dir. Be­lə ki, 2016-cı il­də cə­nab Pre­­zi­den­tin açı­lış mə­ra­si­min­də iş­ti­rak et­di­yi “ASAN qa­tar” is­ti­fa­də­yə ve­­ril­miş­dir. Bu­nun­la da in­san­la­rın məm­nun­lu­ğu­nun tə­min edil­mə­si is­ti­qa­mə­tin­də da­ha bir in­no­va­tiv­li­­yə nail olun­muş, re­gion­lar­da əha­li­nin möv­cud tə­lə­bat­la­rı­nın ödə­nil­­mə­si pro­se­si asan­laş­dı­rıl­mış­dır.

2015-2016-cı il­lər­də cə­miy­yə­tin yer­ləş­di­yi in­zi­ba­ti bi­na əsas­lı tə­mir edil­miş, Ba­kı Sər­ni­şin Vağ­za­lı­nın bi­na­sı, elə­cə də böl­gə­lər­də 18 də­­mir­yol vağ­za­lı əsas­lı tə­mir olu­na­­raq ye­ni­dən qu­rul­muş, müasir stan­dart­la­ra ca­vab ve­rən və in­san­­la­rın məm­nun­lu­ğu­nu tə­min edən sə­viy­yə­yə çat­dı­rıl­mış­dır. Atıl­mış uğur­lu ad­dım­la­rın da­va­mı ola­raq, sər­ni­şin­lə­rin ra­hat­lı­ğı­nı tə­min et­­mək məq­sə­di ilə bi­let­lə­rin “on­layn” sa­tı­şı­na baş­la­nıl­mış­dır.

Yük da­şı­ma­la­rı­na gəl­dik­də isə bu sa­hə­də si­fa­riş­lə­rin “on­layn” şə­­kil­də ve­ril­mə­si və ta­rif­lə­rin “on­­ layn” he­sab­lan­ma­sı iş­lə­ri ic­ra olun­muş­dur. Bu in­no­va­tiv təd­bir də öz növ­bə­sin­də də­mir yol­la­rı ilə yük da­şı­ma­la­rı­nın həc­mi­nin art­ma­sı­na tə­kan ve­rə­cək­dir. Ha­zır­da “ADY” QSC-də yük da­şı­ma­la­rı­nın ida­rə olun­ma­sı üz­rə “ADY SMART” ad­lı av­to­mat­laş­dı­rıl­mış ida­rəet­mə sis­te­mi ya­ra­dı­lıb. Sis­tem va­si­tə­si ilə yük­lə­rin nəq­lin­də, yük­lə­mə-bo­­şalt­ma əmə­liy­yat­la­rın­da vaxt it­ki­­si­nin azal­dıl­ma­sı, hə­rə­kət he­yə­ti­­ nin stan­si­ya­lar­da dur­ma müd­də­ti­­nin mi­ni­mu­ma en­di­ril­mə­si, mə­lu­­mat­la­rın ope­ra­tiv mü­ba­di­lə­si, ana­­ li­tik he­sa­bat­la­rın ha­zır­lan­ma­sı və di­gər əmə­liy­yat­la­rı tez və ra­hat hə­­ya­ta ke­çir­mək olur.

Bu iş­lər­lə ey­ni vaxt­da Azər­bay­­can də­mir yol­la­rın­da ida­rəet­mə sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si məq­­sə­di ilə dün­ya­da özü­nü doğ­rul­dan “Orac­le ERP” sis­te­mi­nin tət­bi­qi­nə baş­la­nı­lıb. Bu­nun­la ma­liy­yə nə­za­­rə­ti və gə­lir xərc­lə­ri­nin op­ti­mal­laş­­dı­rıl­ma­sı müm­kün­dür. Azər­bay­ca­nın tran­zit po­ten­sialı­­nın ar­tı­rıl­ma­sı məq­sə­di ilə “Azər­­ bay­can Də­mir Yol­la­rı” QSC tə­rə­­ fin­dən öl­kə əra­zi­sin­dən ke­çən bey­nəl­xalq nəq­liy­yat dəh­liz­lə­ri­nin in­­ki­şa­fı is­ti­qa­mə­tin­də mü­hüm ad­­dım­lar atı­lıb.


- Re­gion­la­ra və Ba­kı kənd­lə­rinə sü­rət qa­tar­la­rı­nın iş­lə­mə­si ilə bağ­lı mə­sə­lə­lər gün­dəm­də­dir. Bu is­ti­qa­mət­də han­sı iş­lə­rin gö­rül­mə­si plan­laş­dı­rı­lır?


- Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin iş­ti­ra­kı ilə 2015-ci il sent­yab­rın 12-də 84 km uzun­lu­ğu olan Ba­kı-Sum­qa­yıt marş­ru­tu ilə hə­rə­kət edən sü­rət­li elekt­rik qa­ta­rı is­ti­fa­də­yə ve­ri­lib. Hə­min sü­rət qa­ ta­rı qı­sa müd­dət ər­zin­də bö­yük po­pul­yar­lıq qa­za­nıb. Ötən dövr ər­­zin­də bu qa­tar­dan ar­tıq 2 mil­yon­dan çox və­tən­da­şı­mız is­ti­fa­də edib. Ba­kı-Sum­qa­yıt marş­ru­tu ilə hə­rə­­kət edən sü­rət­li elekt­rik qa­ta­rı Bakı-Sum­qa­yıt ma­gist­ral av­to­mo­bil yo­lun­da tı­xac­la­rın azal­ma­sı­na şə­­rait ya­ra­dıb.

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin tap­şı­rı­ğı­na əsa­sən res­­pub­li­ka­mız­da sü­rət qa­tar­la­rı marş­­rut­la­rı­nın ge­niş­lən­di­ril­mə­si is­ti­qa­­mə­tin­də iş­lər gö­rü­lür. Ha­zır­da 98 km uzun­lu­ğu olan Ba­kı-Pir­şa­ğı-Sum­qa­yıt də­mir yo­lun­da tə­mir iş­­lə­ri apa­rı­lır ki, bu­nun nə­ti­cə­sin­də də Ba­kı-Bi­lə­cə­ri-Sum­qa­yıt-Pir­şa­ğı-Ba­kı dairə­vi də­mir yo­lu sər­ni­şin­lə­rin ix­ti­ya­rı­na ve­ri­lə­cək. Bun­dan başqa Ba­kı-Gən­cə sü­rət qa­ta­rı­nın da 2018-ci il­də is­ti­fa­də­yə ve­ril­mə­si planlaşdırılır.

Qeyd edim ki, iş­lər bu­nun­la bit­­mir. Ar­tıq Ba­kı və Ab­şe­ron şə­hə­r­ət­ra­fı elekt­rik qa­tar­la­rı­nın hə­rə­kə­ti­­ nin bər­pa­sı ilə bağ­lı bir sı­ra tədbirlər gö­rü­lür. Ba­kı-Ba­kı­xa­nov-Zi­rə, Ba­­ kı-Zab­rat-Bağ­lar, Ba­kı-Ye­ni Su­ra­xa­nı-Höv­san, Ba­kı-Ye­ni Su­ra­xa­nı-Ha­­ va li­ma­nı marş­rut­la­rı üz­rə sü­rət qa­tar­la­rı­nın is­ti­fa­də­yə ve­ril­mə­si ilə bağ­lı il­kin mər­hə­lə­də tə­ləb olu­nan tex­ni­ki iş­lər hə­ya­ta ke­çi­ri­lir.

Azər­bay­can­da tu­riz­min in­ki­şaf et­di­ril­mə­si məq­sə­di ilə də­mir yo­lu inf­rast­ruk­tu­ru­nun ge­niş­lən­di­ril­­mə­si tələbinə uyğun “Azər­bay­can Də­mir Yol­la­rı” QSC tə­rə­fin­dən öl­­kə­mi­zin tu­rizm mər­kəz­lə­ri­nə sər­­ni­şin da­şı­ma­la­rı­nın hə­ya­ta ke­çi­ril­­mə­si üçün tex­ni­ki əsas­lan­dır­ma­lar ar­tıq ha­zır­la­nıb. Gə­lə­cək­də Ba­kı-Lə­ki-Qə­bə­lə və Ba­kı-Xu­dat-Şah­dağ də­mir yol­la­rı­nın ti­kin­ti­si apa­rı­la­­raq bu is­ti­qa­mət­lər­də də sü­rət­li qa­tar­la­rın is­tis­ma­ra ve­ri­lə­cə­yi nə­­zər­də tu­tu­lub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT