Aksiyalar İran hakimiyyətini ikiyə böldü

Aksiyalar İran hakimiyyətini ikiyə böldü
Bu hadisələrin İranda çevrilişə səbəb olacağını demək doğru olmazdı. Çünki etirazlarn sosial bazasına fikir versək, görərik ki, xalq demokratiya, azadlıqlar, yaxud diktator rejimə qarşı ayağa qalxmayıb, etirazların bazasında demokratik azadlıqlar durmayıb. İran dərin dövlətçilik ənənələri olan bir ölkədir və bu etirazların da qarşısını ustalıqla alacaq.

Bu sözləri Axar.az-a analitik Fərrux Həsənov İranda baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, 2017-ci il dekabr ayının sonlarından İranda başlayan etiraz aksiyalarının səbəbi daxildə qaçılması labüd olan siyasi endogen proseslərdən deyil, sadəcə sosial-iqtisadi problemlərdən qaynaqlanır:
"Lakin daha sonra etirazlarda səsləndirilən şüarların məcrası bir qədər dəyişdi və siyasiləşməyə başladı. Bu faktoru kənar amillə əlaqələndirirlər. Məsələn, sosial şəbəkələr üzərindən, xüsusən Tvitterdən ABŞ, Britaniya və Səudiyyə Ərəbistanı rəsmilərinin İranı daxildən qarışdırması cəhdi İran hakimiyyət nümayəndələri, eləcə də dini lider tərəfindən səsləndirildi. Lakin İran Prezidenti Həsən Ruhani əvvəldən kənar müdaxilələrin olmadığını bildirmişdi. Bu məqam da İran dövləti daxilində etirazlara yanaşmada fikir ayrılığının yarandığını göstərən başqa bir amildir".

Analitik qeyd edib ki, əgər həqiqətən də İrandakı iğtişaşlarda kənar müdaxilə, xüsusən ABŞ-ın əli varsa, o zaman İranın bölgədəki təhlükəsizlik, illərlə qazanmış olduğu kəşfiyyat güc və imkanları sual atına düşür:
“Yəni belə bir təhdid var idisə, niyə əvvəlcədən İran kimi Yaxın Şərqdə geosiyasi proseslərdə rol oynayan bir ölkənin kəşfiyyat xidmətləri bu riski əvvəlcədən görməyiblər? Bu məsələ də müəyyən şübhələrə yol açır”.

Analitik vurğulayıb ki, İranda çevriliş olacağını düşünmür:

“Hər halda, İran xalqı Yaxın Şərqdəki çevriliş dalğasının doğurduğu acı nəticələri gözəl bilir və görür. Bu mənada çevrilişin olması İrandan kənarda olan aktivistlərin təsiri ilə formalaşdırılmış siyasi ekzaltasiyadan başqa bir şey deyil. Belə deyək, xalq sadəcə istəklərinə çatdıqdan sonra sakitləşəcək. Bu hadisələrin nəticəsi böyük ehtimalla hər zaman İranda etirazların başlayıb sonlandığı kimi olacaq. Demək olar ki, etirazlar sakit ab-havaya keçib, yumşalma var. Tədricən sabitlik bərpa olunacaq. İstisna deyil ki, İran etirazçıların tələb etdiyi iqtisadi-sosial islahatlara gedəcək”.

Analitikin sözlərinə görə, onsuz da İranla qonşusu Səudiyyə Ərəbistanının arasında “mülayim islam” yarışması başlayıb:

"Ümumilikdə dövlət səviyyəsində İranda tədricən yumşalmaya doğru addımlar atılacaq, əslində bu iğtişaşlar İranı bu addımlara bir qədər də təhrik edəcək. Bundan savayı, ola bilsin ki, İran daxilində artıq ABŞ, İsrail və Səudiyyə Ərəbistanın düşmən obrazı mühafizəkarların cəbhəsində bir qədər də irəli çıxacaq, çünki mühafizəkarlar siyasi ideologiyanın təbliği kimi bu düşmən obrazlar və kənar müdaxilə faktorundan yaxşı istifadə edir”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT