Alpinistlərin axtarışı ötən gün davam edib – VİDEO

Alpinistlərin axtarışı ötən gün davam edib – VİDEO
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT