Ölkənin əksər rayon və şəhərlərində olduğu Samux rayon sürücülük məktəbində qanun pozuntuları gerdikcə artmaqdadır. Məktəb rəhbəri ciblərini doldurmaq məqsədi ilə məktəbi bazara çeviriblər.XİA.az-a daxil olan məlumata görə bu məktədə özbaşınalıq hökm sürür. Bayxamayarq ki,məktəb xüsusidir. Hətta respublikadan kənarda olsan belə bu məktəbdə adın gedə bilər. Respublikamızda insan ölümünə səbəb olan avtoqəzaların artmasına səbəb, adı olub özü olmayan belə sürücülük məktəbləridir. XİA.az-a verilən məlumata görə orada oxuyan uşaqların əksəriyyəti heç məktəbin yerlərini belə tanımırlar, kursu keçməyənlərə şəadətnamə verilir. Bu şəadətnamənin müqabilində isə sürücülük vəsiqəsi alınır. Hətda bu məktəbin nə maddi texniki bazası var nədə ki, binası.
BDYPİ-nin Gənc Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsi sürücülük məktəbinin fəaliyyətinə mütəmadi olaraq nəzarət etməli olduğu halda bu məktəbin fəaliyyətsizliyindən xəbəri varmı? Əslində ərazi üzrə şəhər və rayonlar da fəaliyyət göstərən sürücülük kursları Gənc RQİ və TBŞ-də qeydiyyata alınır. Onların maddi-texniki bazaları və sürücülük kursalarında oxuyanlar üçün mütamadi yoxlamalar təşkil olunmalıdır. Qanun bunu tələb etsədə deyəsən qanuna məhəl qoyan yoxdur.
Adıgedən məsələ ilə bağlı dəfələrlə məktəb direktoru ilə əlaqə saxlamağa cəhd etsəkdə mümkün olmadı.
P.S. Faktla bağlı BDYİ-nə məlumat vermişik. BDYPİ-nin Gəncə Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin ərazisində "fəaliyyət" göstərən məktəblərlə bağlı məlumat verəcəyik.
Sürücülük kursunda oxumaq üçün nə qədər pul ödənilir?
Bəs iştirak etməyənlərə şəadətnamə necə verilir?
Bu sualların cavabınıda bizdə oxuyacaqsınız.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.