Ərdoğan Qərbə ciddi güzəştə gedir – Dəyişiklik

Ərdoğan Qərbə ciddi güzəştə gedir – Dəyişiklik
Türkiyədə CHP və digər partiyalar AKP-yə qarşı bloklaşma siyasətinə getmək fikrindədirlər. Məqsəd isə bəllidir.

Bu sözləri Axar.az-a Ankara kulislərində hökumətin yanvarda Nazirlər Kabinetində sürpriz dəyişikliklərə gedəcəyi ilə bağlı aparılan müzakirələrlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Türkiyə mətbuatında sözügedən mövzunun tez-tez hallandırılması ölkədə mürəkkəb siyasi proseslərin getdiyindən xəbər verir:

“Türkiyə hakmiyyəti də görür ki, əhalinin əhval-ruhiyyəsi ciddi surətdə dəyişir. Bu üzdən də qardaş ölkə kurs və xarici siyasətində müəyyən korrektələrə gedə bilər. Bu kontekstdə Avropa Birliyinə hər şeyin yenidən başlanılmasına dair edilən müraciət Türkiyənin Qərbə çox ciddi güzəşti hesab edilə bilər. Qərb tərəfindən bunun necə qiymətləndirəcəyi hələ bəlli deyil. Ancaq Türkiyə Almaniya ilə münasibətləri salmana sala bilib. Hər halda xarici işlər nazirlərinin görüşündən sonra belə bir təəssürat yaranır”.

Politoloq bildirib ki, iqtisadi göstəricilərin nəzərdə tutulan həddə çatdırılmaması fonunda Türkiyə daxilində vəziyyət ürəkaçan deyil:

“İnflyasiyanı dayandırmaq mümkün deyil, lirə isə sürətlə ucuzlaşır. Bu isə iqtisadi problemlərlə üzləşən əhalinin əhval-ruhiyyəsinə öz təsirini göstərir. Hətta belə fikirlər irəli sürülür ki, indiki şəraitdə seçkilərin keçirilməsi qələbə yolunda AKP üçün əlverişli olmaya bilər. Digər tərəfdən, Türkiyədə CHP və digər partiyalar AKP-yə qarşı bloklaşma siyasətinə getmək fikrindədirlər. Məqsəd isə bəllidir. Bu prosesin CHP-nin rəhbərliyi altında baş tutması isə qüvvələr nisbətini müxalifətin xeyrinə dəyişə bilər. O üzdən də hesab edirəm ki, Ərdoğan çox mühüm siyasi taktiki gedişlə hökumətin buraxılması ideyasını rəğbətlə qarşılayır. Bu fonda yaxın vaxtlarda Türkiyə Nazirlər Kabinetinin tərkibində ciddi struktur dəyişiklikləri istisna edilmir. Türkiyə prezidenti bununla bir növ ölkədə əhalinin bəlli bir kəsiminin narazılığını aradan qaldırmaq və AKP-yə olan əvvəlki inamı bərpa etmək istəyir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT