“İşləyən pensiyaçılara hər 72 aydan bir pensiyalarını artırmaq imkanı verilib” — Səlim Müslümov

“İşləyən pensiyaçılara hər 72 aydan bir pensiyalarını artırmaq imkanı verilib” — Səlim Müslümov
“Əmək bazarındakı müsbət meyillər 2017-ci ildə məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb”.
XİA.azAPA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8% və ya 130 mln. manat artaraq 1 mlrd. 338 mln. manat olub və büdcə proqnozu 103% icra edilib.
Nazir bildirib ki, daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib.

“Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir”, - deyə S.Müslümov vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT