Bu gün Cənub Qaz Dəhlizi açılır

Bu gün Cənub Qaz Dəhlizi açılır
Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçiriləcək.
XIA.az Report-a istinadən xəbər verir ki, layihəyə daxil olan boru kəmərlərindən birincisi - genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri istismara veriləcək.

Beləliklə, Cənub Qaz Dəhlizinin ilk hissəsi açılmış olacaq, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri ilə ilk qaz ötürülməyə başlanılacaq.

Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.
Cənub Qaz Dəhlizinə daxil olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi ilə bağlı yekun investisiya qərarı “Şahdəniz Mərhələ 2” ilə eyni vaxtda - 2013-cü il dekabrın 17-də verilib. Layihənin investisiya dəyəri 4,7 mlrd. ABŞ dolları təşkil edir. 2014-cu il sentyabrın 20-də təməlqoyma mərasimi keçirilib.

TANAP-ın Əskişəhərə qədər hissəsinin açılış mərasiminin isə iyunun 12-də keçirilməsi gözlənilir. Beləliklə, TANAP-la ilk qaz gələn ay Türkiyə bazarına daxil olacaq.

Cənub Qaz Dəhlizinin sonuncu qolunun - TAP-ın isə 2020-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT