Ermənistan Qarabağı işğaldan azad etməlidir - Bagiryan

Ermənistan Qarabağı işğaldan azad etməlidir - Bagiryan















Ermənistan gərək Azərbaycanın işğal edilmiş ərazilərini işğaldan azad etsin.

XİA.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platformanın üzvü olan əslən bakılı erməni, polkovnik Eduard Bagiryan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti nə ermənilərə, nə də azərbaycanlılara lazımdır:

“Bu konflikt yalnız Mixail Qorbaçova SSRİ-ni parçalamaq üçün lazım idi. Təəccüblü deyil ki, Ermənistana bir neçə dəfə etnik məsələlər üzrə mütəxəssis Qalina Starovoytova gəlib. Hər şey millətçi əhval-ruhiyyəni hansısa vasitə ilə alovlandıraraq konflikt situasiyası yaratmaq üçün edilirdi. SSRİ parçalananda Qarabağ artıq yuxarıdakılardan heç kimə lazım deyildi, amma müharibə maşını ətalət vəziyyətində çalışmağa davam edirdi.

Ermənilərin indi başlarında bu ətalət ucbatından fikir ayrlığı yaranır. Onlar belə düşünürlər ki, 30 il döyüşüb, bu qədər Azərbaycan rayonu ələ keçirmişik və indi hər şeyi buraxmalıyıqmı? Cavab odur ki, bəli, buraxmalayıq. Hətta Amerika müharibənin perspektivsiz olduğunu görəndə digər ölkələrdən getdi. O, Koreyadan, Vyetnamdan, İraqdan getdi. Ermənistan da həmçinin Azərbaycan ərazilərindən getməlidir. Ona görə ki, konfliktin onun xeyrinə həlli imkanları artıq yoxdur. Yeni müharibə yalnız yeni kədər, göz yaşı və qan gətirəcək, həll isə olmayacaq”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti məqsədli şəkildə türk xalqlarına qarşı nifrət aşılayır:

“Azərbaycanda təhsil alanda bizə heç kim demirdi ki, ermənilər pisdir. Amma Ermənistan mətbuatında müsəlmanlara, azərbaycanlılar və türklərə qarşı çox böyük əhval-ruhiyyə var. Bu doğru deyil. Qonşular bizə Allah tərəfindən verilib və onlarla dost olmaq lazımdır. Qonşu ilə əlaqə qurmamaq olar, amma bu sənin üçün pis olacaq.

İndi bütün regional layihələr Azərbaycandan gedir. Ermənistan üçün isə bunların hamısı bağlıdır. Sərhədlərin bağlanması ucbatından Ermənistan öz məhsullarını Rusiyaya Azərbaycan yolları ilə apara bilmir. Nəticədə erməni logistikası çətin vəziyyətə düşür və bu, erməni məhsullarının dəyərinə təsir edir. Moskvada Ermənistandan çoxlu məhsul var, amma qonşularla problem ucbatından onların rəqabət qabiliyyəti çox aşağıdır. Əgər konflikt həll edilsəydi, bunlardan rahatlıqla qaçmaq mümkün olardı.

Ermənistan niyə milli üstünlük və Böyük Ermənistan ideyası yoluna daxil olub? Millətçilik bir anlıq onda bütün qonşularının pis olduğu, mədəniyyətlərinin olmadığı, ermənilərin Xəzərdən Aralıq dənizinə qədər böyük ərazilərə sahib olan millət olması hislərini yaşamasına gətirib çıxardı. Bu keçid gözəgörünməz formada oldu və nəticədə Ermənistanda nasizm yarandı”.

Bagiryan Qarabağ konfliktinin həllini necə gördüyünü də deyib:

“Məncə, Azərbaycan Dağlıq Qarabağı öz tərkibində muxtar respublika kimi tanımalıdır. Bununla bərabər həmçinin qaçqınların öz doğma ərazilərinə dönüşünə izn verilməli, heç bir erməni hərbi hissəsi burada qalmamalıdır. Ermənistan isə öz növbəsində Qarabağla mədəni əlaqələrini təmin etməli və Qarabağ ermənilərini dəstəkləməlidir. Bunun üçün isə İrəvan hər şeydən öncə Qarabağ ətrafındakı rayonları və Qarabağın özünü azad etməlidir”. (axar.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT