Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantı münaqişənin sülh yolu ilə tənzimlənməsi ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın DW nəşrinə müsahibəsi zamanı deyib.
- Siz mayın 9-da Qarabağda olmusunuz. Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsinin həlli məsələsini qaldırmısınızmı?
Əlbəttə, bu barədə də danışdıq. Qeyd etmək lazımdır ki, münaqişənin sülh yolu ilə həll variantı nəticəyə gətirib çıxara biləcək yeganə çıxış yoludur. Güc yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu yalnız Ermənistanın deyil, eyni zamanda Rusiyanın da prinsipial mövqeyini əks etdirir.
- Bəs siz Rusiyanın Azərbaycana silah verməsi mövzusuna toxundunuzmu?
Əlbəttə. Bizim bu məsələ ilə bağlı konstruktiv danışıqlarımız oldu. Putinin bu barədə nə dediyini isə deyə bilmərəm.