Misir Mərdanov: “Türkiyə və Azərbaycan xalqı Ərdoğanı sevir”

Misir Mərdanov: “Türkiyə və Azərbaycan xalqı Ərdoğanı sevir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, YAP Siyasi Şurasının üzvü Misir Mərdanov ötən gün Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçilməsi ilə bağlı fikirlərini bölüşüb.
M.Mərdanov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Türkiyə əhalisinin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı sevir:

“Mən də cənab Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edirəm. Bu Türkiyənin seçimidir. Türkiyə xalqının bu seçiminə biz yalnız sevinə bilərik. Türk milləti və xalqı üçün uğurlu olsun. Bu münasibətlə Türkiyə xalqını təbrik edirəm”.
İndiyədək Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşünün olduğunu vurğulayan M.Mərdanov qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan çox güclü və təcrübəli siyasətçidir:

“Mən cənab Ərdoğanla dəfələrlə Bakıda və Türkiyədə görüşmüşəm. Bir neçə dəfə onunla Bakıdakı Anadolu liseyində olmuşuq. O, çox yüksək idarəetmə bacarığına və təcrübəsinə malik olan şəxsdir. Türkiyə və Azərbaycan xalqı onu sevir. Cənab Ərdoğanın bu uğuruna hamı kimi mən də sevinirəm”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT