Azərbaycan ordusu böyük təlimlərə hazırlaşır

Azərbaycan ordusu böyük təlimlərə hazırlaşır
İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT