Prezident Mingəçevir İES-dəki qəza ilə bağlı sərt danışdı - VİDEO

Prezident Mingəçevir İES-dəki qəza ilə bağlı sərt danışdı - VİDEO
Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin enerji sistemində əmələ gəlmiş ciddi problemlərlə bağlı prezident İlham Əliyev konkret tapşırıqlar verdi. Dövlət başçısı cavabdeh qurumlara ciddi şəkildə xəbərdarlıq etdi, günahkarların ən qısa zamanda tapılıb məsuliyyətə cəlb edilməsini tapşırdı. Yüz milyonlarla manat investisiyanın qoyulduğu bir sektorun bir gecədə iflic vəziyyətinə düşməsini ciddi səhv adlandırdı.

''Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyasi istifadəyə verilib. Eyni zamanda, bölgələrdə su elektrik stansiyalari yaradılıb. Amma bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır''. Bu sözləri Mingəçevirdəki İstılık Elektrık Stansıyasında baş vermiş qəzadan sonra ölkənin enerji sistemindəki mövcud vəziyyətlə bağlı keçirilən müşavirədə prezident İlham Əliyev deyib.

Dövlət başçısı bir qəzaya görə ölkənin enerji sistemin çökməsini böyük səhv adlandırıb. Azərenerji ASC-nin sədri Etibar Pirverdiyev son günlər ərzində enerji istehlakının isti havalarla bağlı 40 faiz artdığını və qəzanın da buna görə baş verdiyini bildirib. Prezident İlham Əliyev isə isti havanın qəzaya səbəb olması fikri ilə razılaşmadığı vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, son 15 ildə 30 elektrik stansiyası tikilibsə, qəzadan sonra enerji sisteminin çökməsi cavabdeh qurumun səriştəsizliyidir. Qəzadan sonra iqtisadiyyata çox ciddi ziyan dəydiyini də qeyd edən dövlət başçısı milyonlarla insanın hadisədən əziyyət çəkdiyini deyib. O, bunun utancverici bir hadisə olduğunu bildirib.

Müşavirə zamanı çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanalarda generatorların quraşdırıldığını vurğulayıb. Prezident İlham Əliyev isə buna cavab olaraq onda fərqli məlumatların olduğunu deyib.

Prezident İlham Əliyev hadisədə günahı olanların cəzalandırılmasının və stansiya ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini də vurğulayıb...

Prezident İlham Əliyev çətin günlərdə vətəndaş həmrəyliyin ən yüksək səviyyədə olduğunu bildirib və hər kəsə təşəkkür edib

Müşavirənin sonunda prezident İlham Əliyev vurğulayıb ki, məsələ ilə bağlı yaradılan komissiya tezliklə obyektiv araşdırma apararaq nəticələri təqdim etməlidir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT