Niyə başçıya atəş üçün Yunis seçildi? – Politoloq

Niyə başçıya atəş üçün Yunis seçildi? – Politoloq
Nardaranda məlum olaylar baş verir - İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür - yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil. Ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi var:

“Hər birində dünyəvi Azərbaycanın zəfiləməsini istəyən qruplar fəaliyyət göstərir. Hiss olunur ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qruplar var. Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil. Müasir tariximizdə Gəncədə baş verənlər bütövlükdə Azərbaycana təsir edib. Ona görə də düşmənlərimiz həssas nöqtə seçiblər. Gəncədə İcra Hakimiyyətinin başçısına edilən sui-qəsddən sonra tətiyi çəkəni dəstəkləmək məqsədilə meydana çıxmaq çox böyük risk tələb edirdi. Çünki bəlli idi ki, polis cinayətkarı dəstəkləyənləri elə yerindəcə həbs edəcək. Buna rəğmən, 200-ə yaxın şəxs həyatını riskə qoyaraq cinayətkara dəstək məqsədilə “meydana çıx” çağırışına dəstək verdi. Onları buna hansı daxili və kənar amillər vadar edib?! İlk növbədə bu sualın cavabı araşdırılmalıdır. Əlbəttə, iki polis əməkdaşımızı qətlə yetirənlər qanun qarşısında cavab verməlidirlər. Ancaq həbslərin miqyasında ehtiyatlı olmaq lazımdır. Düşmənlərimizə də elə bu lazımdır”.

Politoloq vurğulayıb ki, Rusiyada İranı araşdıran və fars dinini bilən mütəxəssislərin sayı bizdəkindən çoxdur:

“Azərbaycandakı müvafiq dövlət strukturlarının və onlara tabe hansısa araşdırma mərkəzinin bu gün “İranda və Cənubi Azərbaycanda nə baş verir” sualı üzərində ciddi tədqiqatlar aparıldığına şübhə edirəm. İrandakı mərkəzlər isə bizi daha yaxşı tədqiq edir və tərəfdarlarından da yararlanırlar. Cənubi Azərbaycandakı hərəkat isə başsızdır və Bakıda bu haqda kimsə düşünmür”.

Politoloq vurğulayıb ki, dövlətimizi və təhlükəsizliyimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir:

“Ümumiyyətlə, başda Mingəçevirdəki qəza və son Gəncə hadisələri olmaqla, ciddi analizlər aparılmalıdır. Ətrafda neqativ impulslar pozitiv impusları üstələyirsə, bunun səbəbləri müəyyənləşdirilməli və gərəkli islahatlarla həllini tapmalıdır. Cəmiyyətin müxtəlif təbəqələrində son vaxtlar müxtəlif şayiələr yayılır. Bu şayiələrın qarşısını ancaq düzgün informasiya siyasəti ilə üstələmək olar. Xaricdəki mərkəzlər də Azərbaycandakı durumu analiz edir və gələcəkdə ölkəmizə qarşı müxtəlif kirli ssenariləri götür-qoy edirlər. Məsələn, Gəncə İcra Hakimiyyətinin başçısına güllə atan şəxs azərbaycanlıdır, Rusiya vətəndaşıdır və bir neçə ay İranın Qum şəhərində yaşayıb. Bu 3 amilin bir arada olması təsadüfə az oxşayır. Eləsini seçiblər ki, baş verən cinayətə görə həm radikal dindarlardan, həm Rusiyadan, həm də İrandan şübhələnirsən”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT