Gəncədə zülmətə bürünən köçkün qəsəbəsi - Küçə işıqları niyə yandırılmır? - VİDEO

Gəncədə zülmətə bürünən köçkün qəsəbəsi

Son günlər gecə saatlarında Gəncə şəhərində salınmış Məcburi Köçkün qəsəbə yollarında və binaların bloklarının qarşısında işıqların yanmadığının şahidi oluruq. Qəsəbə sakinləri haqlı olaraq bununla bağlı narazılıq edirlər. Onların sözlərinə görə, indi yay ayları olduğu üçün qaranlıqda küçəyə düşüb istirahət edə bilmirlər. Bəzi insanlar işdən qayıdarkən çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar. Sürücülər isə xüsusən bu halı pisləyirlər. Gecə saatlarında demək olar bir işıqda yandırılmır. Hətda şəhidlər xiyabanı və Kəlbəcər rayon İcra Hakimiyyətinin qarşısındakı işıqlarda sönülü olur. .

Qeyd edək ki, Məcburi Köçkün qəsəbəsinin küçə işıqlarının söndürülməsi barədə heç bir məlumat verilmir. Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsidə bu məsələ ilə bağlı açıqlama vermir! Sahə rəisi yeni təyin edildikdən sonra qəsəbədə işıqların söndürülməsi hər gecə baş verir. Əldə etdiyimiz məlumata əsasən son günlər işıqların yanmaması qəsəbə daxilində bir çox problemlərə yol açıb. Havaların isti keçməsi sakinlərin açıq havaya çıxmasına səbəb olur. Az yazşlı uşaqların gecə saatlarında küçəyə düşməsi mükün deyil. İnsanlar binaların qarşısında əl fənarı ilə hərəkət etməsi lap keçmişi xatırladır. Əgər işıqlar yandırılmırdısa onda nədən on minlərlə manat xərcləyib buraya yol işıqları quraşdırırdılar?
Qəsəbə daxilində salınmış şəhidlər parkıda zülmət qaranlığa qərq edilib. Burada hava qaralandan sonra nə parkın nədə xiyabanın yerindən heç kimin xəbəri olmur. Hətda gecə saatlarında xiyabana gələn sakinlər telefon işığı ilə xiyabana baxmalı olurlar.

P.S. Bu məsələ ilə bağlı ardıcıl məlumat verəcəyik. Biləcəksiniz ki, DQMİD-nin Gəncə şəhəri üzrə MKİS-də nələr baş verir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT