GDU-də nələr baş verir? - Saytlara anonim yazı ötürən tapılıb

GDU-də nələr baş verir?
Bir neçə ildir ki, Gəncə Dövlət Univerisitetindən sosial mediyada, qəzetlərdə yazılar səngimir. Adi bir müəllimindən tutmuş başda rektora qədər şər böhtanla dolu yazılar saytların bəzəyinə çevrilib. Əslində bəzi "sayt rəhbərləri" məsələni aydınlaşdırmadan bir başa paylaşırlar və nəticədə də GDU-ti kimi böyük bir təhsil müəsissəsinin fəaliyyətinə qara yaxılır. GDU-ti barədə saytlara göndərilən anonim yazılardan məlum olur ki, bir qrup özünü gizlədən şəxs kimlərisə qaralamağa çalışırlar və bunun müqabilində hər hansısa bir hiylələrini həyata keçirmək istəyirlər. Gündəm eyni, mövzu eyni yenə anonim yazılar və bu yazıları oxumayıb belə tirajlayan saytlar.

Əslində yazılan bütün yazılar adsız, soyadsız, imzasız gedir. Buda ondan irəli gəlir ki, GDU-nin içində olan bu üzdəniraq qrup və onlara başçılıq edən şəxs müəllimləri ləkələyirlər və Univerisitetin imicinə xələl gətirirlər. Araşdırmaları aparmayan media nümayəndələri isə eyni yazını müxtəlif başlıqlarla və müxtəlif tarixlərdə tirajlamaqla belə üzdəniraqların çirkin əməllərini həyata keçirilməsinə şərait yaradırlar.

Sosial şəbəkələrdə Hüseyin Bəxtiyarov kimi tanınan birinin (əslində Hüseyin müəllimin adına saxta profil açılıb) ağzına gələni yazması, etika davranışlarına məhəl qaymaması ondan irəli gəlir ki, bu insanlar vicdanlarını artıq tapdalayıblar. İkincii bir profildə ələkcinin qılverəninə oxşayır. H.Bəxtiyarov yazır və buda onun yazılarını paylaşmaqla məşğul olur. Əslində bu profillərin hər ikisi saxtadır və müəllimləri şantaj eləməklə məşğuldur.

Uzun illərdi eyni yazı ilə gündəmi qarışdıran bu insanlar ancaq Arifə Əhmədovanı, Xəqani Umudovu və Urfan Həsənovu ləkələməklə məşğul olurlar. Hətda bir dəfə bunların yalanları ilə bizdə GDU-ti ilə bağlı yazı vermişik. Sonradan həmin profilin sahibi bizimlə görüşməkdən qaçdı, hər dəfə inboxda bir yalan yazıb görüşmə müddətini uzatmağa çalışdı. Belə desək bunun toruna düşən media nümayyəndələrindən biridə biz olmuşuq.

XİA.az bu qeyd edilənlər barədə bir neçə aydır ki, araşdırma ilə məşğuldur, Ötən gün GDU-nin vəzifəli şəxsi barədə bizə daxil olan məlumatı araşdırdıq və aydın oldu ki, bu dəstənin başında dayananlar yavaş-yavaş üzə çıxır. Əslində biz çıxarmışıq və növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik.

P.S.

Arifə Əhmədova Teymur İsmayılovla açıq mübarizə aparması göz qabağındadır. Teymir İsmayılov Arifə Əhmadova ilə bağlı necə mübarizə aparır?
Əslində Teymur İsmayılov kimdir, Univerisitetdə nə ilə məşğuldur? Urfan Həsənovdan və Xəqani Umudovdan mediada kim yazdırır, bunların başında kim durur? XİA.az bunlar barədə daha dəqiq araşdırmasını sizlərə təqdim edəcək.

Adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin.

GDU-də nələr baş verir?
GDU-də nələr baş verir?

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT