"Maaşım mənə bəs edir" — Deputat

"Maaşım mənə bəs edir" — Deputat
Milli Məclisin deputatı Mirkazım Kazımov millət vəkili həmkarı Qüdrət Həsənquliyev deputat maaşının artırılması ilə bağlı çağırışına münasibət bildirib.
Mirkazım Kazımov "Ölkə.Az"a açıqlamasında deyib ki, indiki məqamda buna ehtiyac görünmür:

"Qüdrət Həsənquliyev partiya sədri olduğu üçün belə çıxış edir. Mən Yeni Azərbaycan Partiyasının üzvü olduğum üçün maaşla bağlı müstəqil fikir söyləməyə ehtiyac görmürəm. İndi bu yaxınlarda gələn il üçün Dövlət Büdcəsi qəbul olunacaq. O zaman ola bilsin ki, Milli Məclis deputatlarının da maaşlarında artım olsun".

Deputat maaşından da razı olduğunu söyləyib:
"İndiki maaşımdan narazı deyiləm. Yəqin ki, Qüdrət bəy partiya sədri olduğu üçün xərcləri də çoxdur. Amma aldığım maaş mənə bəs edir".

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deputatlarının maaşının artılmasını təklif edib:

"Cənab Prezident 1 may 2017-ci il tarixdə fərman imzalayıb və fərmana əsasən, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir.
Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək.
Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT