"Hər zaman şəhid ailələlərinin yanında olacam" — Hadi Rəcəbli

"Hər zaman şəhid ailələlərinin yanında olacam" — Hadi Rəcəbli
"Dövlətdən ayrılan qanpulunu almayan şəhid ailələrinin mübahisəli məsələləri həll edilməlidir. Mən dəfələrlə məsələ qaldırmışam ki, bu qrup insanlara yardım olunmalıdır və bu problem birdəfəlik həll olunmalıdır".
Bu fikirləriaçıqlamasında Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, vəsaitlərini tələn edən şəhid ailələrinin mübahisəli məsələsi araşdırılmalıdır:

"Biz bu şəhid ailələrinin hamısının qarşısında baş əyirik və onlara borcluyuq. Çox təəssüf ki, bu qrup insanlar bəzi mübahisəli məsələlərlə üzləşiblər. Amma bu qrupdan olan bir çox insanlar var ki, onlar pullarını alıblar. Hazırda həqiqətən bu vəsaiti alanlarla almayanların sənədləri dəqiq yoxlanılmalıdır. Hesab edirəm ki, bu adamları incik salmaq lazım deyil. Əksinə, bu adamların yanına Nazirlikdən bir adam təhkim olunmalıdır. Həmin şəxs isə bu siyahı ilə məşğul olmalıdır. Yəni, bunların məsələsi tam dəqiqləşdirilməlidir. Ötən dəfə Milli Məclisə gələn zaman mən həmin insanlarla görüşdüm, onlara məsələhətlərimi verdim. İndi də onların yanındayam və yanında olacam, daim şəhid ailələrinin sözünü deyirəm".

H.Rəcəbli təklif edib ki, hər bir rayon və şəhərin Sosial Müdafiə İdarələri tərəfindən sözügedən şəxslərə yardım edilməlidir:

"Çünki hər bir rayonun Sosial Müdafiə İdarələri var. Bu adamlarla ilk növbədə həmin qurumlar məşğul olmalıdır, onlara yardım etməlidirlər. Milli Məclis olaraq biz də əlimizdən gələn köməyi əsirgəmirik".

Vasif Həsənli
Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT