Səfir: Azərbaycan prezidentinin Çexiyaya səfəri hazırlanır

Səfir: Azərbaycan prezidentinin Çexiyaya səfəri hazırlanır
Azərbaycan prezidentinin Çexiyaya səfəri hazırlanır.

Bu fikirləri açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

“Hazırda Azərbaycan prezidentinin Çexiyaya səfəri və gündəliyin vaxtının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır”, - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Çexiya səfəri 2019-cu ilin birinci yarısında gözlənilir.

Diplomat bildirib ki, 2019-cu ilin əvvəlində Bakıda İqtisadi əməkdaşlıq üzrə Azəraycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Gündəliyə enerji, tikinti və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri daxil edilib. Müzakirənin əsas mövzusu enerji sektorunda daha əvvəl əldə edilmiş razılaşmanın həyata keçirilməsidir.

“Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Çexiya sənaye və ticarət nazirinin Bakıya səfəri (sentyabrda baş tutan - red.) buna sübutdur. Bu, onun təyinatından sonra ilk xarici səfəri idi”, - səfir əlavə edib.

Vəfa Fərəcova
www.oxu.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT