Prezident İlham Əliyev Slovakiya baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Slovakiya baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.

Dövlət başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir.

Dövlət başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirib.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğulayıb.

O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu deyib. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd edib və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT