Azərbaycanda köhnəlmiş avtomobillər dövriyyədən çıxarılacaq

Azərbaycanda köhnəlmiş avtomobillər dövriyyədən çıxarılacaq
Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na görə, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinə təsir edən amillərdən biri də nəqliyyat vasitələrinin sayı və texniki vəziyyətidir.

Belə ki, 2012-2017-ci illər ərzində Azərbaycan Respublikasında demoqrafik artım və əhalinin rifahının yaxşılaşması nəticəsində mexaniki nəqliyyat vasitələrinin sayı 25,6 faiz artaraq, 2017-ci ilin sonuna 1 359 919 ədədə çatıb.

Ümumilikdə isə, son 10 ildə mexaniki nəqliyyat vasitələrinin sayı 67,5 faiz artıb. Ölkədə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadə halları da çoxdur.

Bu isə təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması, yüksək təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadəyə keçid üçün zəruri tədbirlər görülməsini şərtləndirir.

Dövlət Proqramında qeyd olunur ki, təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.(oxu.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
reklam
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
 
XİA.az - TƏQDİMAT