Bəzi məmurlar Mübariz Mənsimovdan örnək götürməlidir” - Rəşid Mahmudov

Bəzi məmurlar Mübariz Mənsimovdan örnək götürməlidir” - Rəşid Mahmudov
“Azərbaycan xalqı Mübariz Mənsimovla fəxr etməlidir” Xalq Üçün Qəzeti xəbər verir ki, bunu moderator.az açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov iş adamı Mübariz Mənsimovun Türkiyədə təhsil alan 100 azərbaycalı tələbəyə təqaüd verməsinə münasibət bildirərkən deyib. R.Mahmudov M.Mənsimov şəxsiyyətinə həmişə hörmətlə yanaşdığını bildirib:

“Mübariz Mənsimovla şəxsən görüşməmişik, amma Azərbaycanımızın ən gözəl, xeyriyyəçi insanıdır. Allah onu qorusun. O, çox insanlara kömək edib, sadəcə ad çəkmək istəmirəm. Azərbaycan xalqı Mübariz Mənsimovla fəxr etməlidir”.

R.Mahmudov bildirib ki, bəzi talançı məmurlar M.Mənsimovun xeyriyyəçi əməllərindən örnək götürməlidirlər:

“M.Mənsimov bu qədər insanlara əl tutur, amma bizim burdakı məmurlarımız var-dövlət yığırlar. Elə bil öləndə özləri ilə o dünyaya aparacaqlar. Bizim istedadlı tələbələrimiz var, onlara dəstək olmaq lazımdır. Mən şəxsən M.Mənsimova görə çox sevinirəm. Onun şəxsiyyətinə, mənliyinə hörmət edirəm, Azərbaycan xalqına etdiyi bu xeyriyyəçilik əməllərinə görə ona minnətdaram”.

Xatırladaq ki, “Palmalı Holding” Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur. Bura şəhid, Qarabağ qaziləri və maddi durumu ağır olan ailələrin övladları daxil ediləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT