Araz Əlizadə: “Paşinyana ən yaxşı cavab torpaqları azad edib “get qarnını qaşı” deməkdir”

Araz Əlizadə: “Paşinyana ən yaxşı cavab torpaqları azad edib “get qarnını qaşı” deməkdir”
“Nikol Paşinyanın səsləndirdiyi ifadəyə görə, hər hansı ölkə yox, məhz Azərbaycan cavab verməlidir. Azərbaycan torpaqlarını işğaldan azad edib, Paşinyana da get qarnını qaşı deməlidir”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Araz Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Azərbaycan əleyhinə səsləndirdiyi ifadələrə və bunun nəticəsi olaraq Azərbaycanla İran arasında yaranmış duruma aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Paşınyana görə Bakı ilə Tehran arasında hər hansı gərginlik müşahidə olunmur:

“Dövlətlər arasında gərginlik olanda bu notalarla müşahdiə olunur və yaxud rəsmilər tərəfindən bununla bağı şifahi formada fikirlər səslənir. Ancaq biz bu gün belə halların şahidi deyilik. Demək iki ölkə arasına hər hansı gərginlik mövcud deyil”.
Deputatın fikrincə, gərginlik Azərbaycan mətbuatınında və sosial mediada mövcuddur: “ Bu da iki dövlət arasındakı münasibətlərə təsir etmir. Deputatın, politoloqun, jurnalistin səsləndirdiyi fikrin dövləti münasibətlərə aidiyyatı yoxdur”.

Deputat əlavə edib ki, ümumiyyətlə Azərbaycan mətbuatında İrana heç zaman isti münasibət olmayıb:
“Mən 1988-ci ildən siysətdəyəm və indiyədək Azərbaycan mediasının İrana müsbət münasibətinin şahidi olmamışam. Xüsusən də Xalq Cəbhəsi yaranandan sonra. AXC şinelindən çıxmış insanlar, Elçibəy və eyni dövrdə universitetdə dərs almış insanlar, onun ideyasının tərəfdarlarının gözündə İran xoxandır”.
Ermənistan baş naziri Nikol Paşinyanın bir müsəlman ölkəsində Azərbaycana qarşı səsləndirdiyi ifadələrə gəldikdə A.Əlizadə deyib ki, bu məsələlərə görə İran cavab verməməlidir:

“Paşinyanın cavabını Azərbaycan verməli və torpaqlarını işğaldan azad edib , ona konkret əməli ilə şapalaq vuraraq, indi get qarnını qaşı deməlidir.
Yeganə variant budur. Bizim əvəzimizdə kimsə Paşinyanların ağzını yummayacaq. Bu bizim borcumuzdur və bunun da cavabını əməli şəkildə verməliyik”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT