“Şagird müəllimin ən gözəl əsəridir”

“Şagird müəllimin ən gözəl əsəridir”
Hər dəfə yaxşı bir pedaqoqla tanış olanda, təhsilimiz barədə daha nikbin düşüncələrə dalıram. Belələri ilə söhbət adama təkcə optimist əhval-ruhiyyə aşılamır, həm də övladlarımızın gələcəyi ilə bağlı böyük ümidlər yaradır. Belə müəllimlərdən biri də Kəlbəcər rayonunun Mingəçevir şəhərində fəaliyyət göstərən 87 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Türkan Əkbərovadır.

Türkan Əkbərova ali təhsillidir, Azərbaycan Müəllimlər İnstitutu bitirb. Müəllimlərin işə qəbulu ilə əlaqədar Təhsil nazirliyi tərəfindən keçirilən imtahan müsabiqədən keçərək adıçəkilən tədris müəssisəsində işə başlayıb. Artıq bir neçə ildir ki, balaca məktəblilərlə işləyir. Özünün dediyi kimi, peşəsini ürəkdən sevir.

Türkan müəllimə yaxşı bilir ki, tədris prosesi yalnız bilik, bacarıq və vərdişlərin verilməsi prosesi olmayıb, həm də öyrənməyin yollarını şagirdlərə öyrətmək, onları inkişaf etdirmək prosesidir. Bunun üçün hər bir şagirdin fərdi psixoloji tədris-idrak xüsusiyyətlərini öyrənir. Onların dəyişmə dinamikasını izləyir, bu məlumatları tədris prosesində hər bir uşağa fərdi yanaşmaqla, onlar üçün inkişaflarına, dərketmə səviyyələrinə uyğun tapşırıqlar seçməklə nəzərə alır.

Əvvəllər hər dəfə sinifə daxil olanda həyəcan hissi keçirirdim deyə Türkan müəllimə söhbətə başlayır. Bu, əslində üzərimə düşən məsuliyyət hissi ilə bağlı idi. Axı, biz müəllimlər vətənə layiqli şəxsiyyətlər yetişdirməyə borcluyuq. Bunun təməli isə məhz ibtidai siniflərdən qoyulmalıdır. Mənə görə, müəllim adını daşıyan hər bir kəs çiyninə düşən yükü daim dərk etməlidir. Müəllim çox səbirli, təmkinli və qayğıkeş olmalıdır. Biz nəzərə almalıyıq ki, kiçik yaşlı məktəblilərlə çalışan müəllim, həm də onlar üçün bir anadır.

Müsahibimə görə, övladlarının gələcəyi üçün əlindən gələni əsirgəməyən valideynləri görmək çox xoşdur. Türkanə müəllimə bunu xüsusi vurğuladı ki, son illər valideynlər öz uşaqlarının təlim-tərbiyəsinə daha çox diqqət ayırırlar. Elə bu səbəbdən də müəllimlərin üzərinə çox böyük yük düşür. Gənc kadr məktəbin direktoru barədə də ürək açan sözlər söylədi. Onu sözlərinə görə məktəbin rəhbəri Zülfüyyə xanım Hüseynova bütün kollektivə qayğı ilə yanaşır, şağirdlərin hər birinə ayrı-ayrılıqda vaxt ayırır. Sözün əsl mənasında yürd-yuvasınıdan didərgin düşmüş valideyinlərlə çiyin-çiyinə işləyir.

Ceyhun Qurbanov
XİA.az-ın xüsusi müxbiri

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT