Şərəflidir, ucadır müəllim əməyi

Kəlbəcər rayon 87 saylı tam orta məktəbin tələbə qəbulundakı göstəriciləri hətta bütün şəraiti olan təhsil ocaqlarına belə, nümunə ola bilər
Şərəflidir, ucadır müəllim əməyi

“Müstəqil Azərbaycan dövlətinin qarşısında geniş inkişaf perspektivləri ilə bağlı mühüm vəzifələr durur. Bu vəzifələrin öhdəsindən gəlməyə qadir olan vətənpərvər, yüksək savadlı gənclərin hazırlanması ölkəmizin tərəqqisinin, xalqımızın firavan həyata qovuşmasının mühüm şərtlərindəndir. Əminəm ki, siz bu məsuliyyətli işin həyata keçirilməsində bilik və bacarığınızı əsirgəməyəcək, əsası ümummilli liderimiz, böyük maarifpərvər Heydər Əliyev tərəfindən qoyulmuş mili təhsil quruculuğu strategiyasının həyata keçirilməsinə öz layiqli töhfənizi verəcəksiniz”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Müəllim kimdir?
Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir...
"Yaxşı müəllim nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab verirdi: "O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub


Zülfüyyə xanım Hüseynova : "Kəlbəcər təhsilinin şöhrətini qorumağa çalışırıq"

Sabahımız və gələcəyimiz bugünkü təhsil sistemindən asılıdır. Təhsilimiz nə qədər güclü olarsa, dövlətimiz də bir o qədər güclü olar. Bu səbəbdən də dövlətimizin təhsilə qayğısı günü-gündən artmaqdadır.
Artıq Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya edib. Və ölkəmiz hər bir sahədə olduğu kimi, təhsil sistemində də dünyanın ən qabaqcıl ölkələri sırasındadır.
Bir sözlə, respublikamızda qabaqcıl və nümunəvi təhsil ocaqları çoxdur. Sevindirici haldır ki, onların sırasında köçkün məktəbləri də var. Mingəçevir şəhərində məskunlaşan 87 saylı Kəlbəcər tam orta məktəbi də uğurları ilə öyünən təhsil ocaqlarındandır. Köçkün həyatı sürməsinə, üzləşdiyi bir sıra çətinliyə baxmayaraq, bu məktəbdə təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz doğma şagirdlərindən əsirgəmirlər. Bu gün adıçəkilən məktəbdə peşəkar müəllim kollektivi çalışır. Kollektivin isə əsasını gənclər təşkil edir. Qeyd edtmək laızmdır ki, məktəbdə şagirdlərin yüksək təhsil almaları üçün hər bir şərait yaradılıb. Sevindirici hal orasıdır ki, məktəbdə əsaslı təmir işləri aparılıb, sinif otaqları təmir edilib və hər bir fənə uyğun olraq stentlər asılıb. Məktəbin foesində Ulu öndər heydər Əliyevin və Prezident cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü işləri əks etdirən stentlər yaradılıb.

Mktəbin direktoru Kəlbəcər rayonunun tanınmış nüfuzlu ziyalısı və müəllimi Zülfüyyə Hüseynova bildirdi ki, keçən dövr ərzində 11-ci sinfi bitirən məzundan çoxu ali məktəbə qəbul olub. Buna görədə məktəbin müəllim kollektivi Kəlbəcər rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. "Təhsil islahatları ilə əlaqədar uğurlarımız çoxdur. Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq məktəbin I-III siniflərində dərslər yüksək keyfiyyətlə tədris olunur. Sinif müəllimləsi Türkan Əkbərova və digərləri ustalıqla şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurlar. Müəllimlərin çoxu ixtisasartırma kursundan keçərək öz ixtisaslarını yenidən təkmilləşdiriblər".

Şərəflidir, ucadır müəllim əməyi
Şərəflidir, ucadır müəllim əməyi
Şərəflidir, ucadır müəllim əməyi
Şərəflidir, ucadır müəllim əməyi

Ç.Ələkbərova
XİA.az-ın əməkdaşı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT