Ucarda təhsil şöbəsinin müdiri narazılıq yaradır orta məktəblər soyuqdan iflic olub

Ucarda təhsil şöbəsinin müdiri narazılıq yaradır orta məktəblər soyuqdan iflic olub
RegionXəbərlər.com-a Ucar rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaşlar Ucar şəhər orta məktəblərində istilik sisteminin olmamasına görə məktəbli övladlarının xəstələnməsindən, təhsil şöbəsinin müdiri Fuad İsrayılovun buna görə heç bir tədbir görməməsindən və onun yarıtmaz fəaliyyətindən şikayət edirlər.Şikayət məktubunu olduğu kimi dərc edirik;

“Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun yarıtmaz fəaliyyəti nəticəsində orta məktəblərdə istilik sisteminin olmamasından şagirdlərin əksəriyyəti ciddi xəstələnib dərsə gedə bilmirlər.Ucar rayonunun məktəblərində istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlarımıza soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir.Nəticədə də uşqalarımız soyuqdan xəstələnirlər. Ucar şəhər 6 № li orta məktəbdə 29 sinif var və 600 nəfər şagird təhsil alır.Həmin məktəbdə qazın kəsilməsinə görə istilik sistemi yoxdur.Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə paltonlarla oturub dərs keçirlər.Məktəbin şagirdlərinin yarsı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideyinlər isə soyuq sinifdə dərs keçməsinə görə uşaqlarını məktəbdən çıxarıblar.Ucar şəhəri 1 və 5 nömrəli orta məktəblərində də bu problem var.İstilik sistemi yoxdur deyə valideyinlər övladlarını məktəbə getməyə qoymurlar.

Azyaşlıların zülümü ərşə çəkilsədə isti kabinetindən çölə çıxmayan Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılov heç bir tədbir görmək istəmir.Çünki bu adamı ancaq öz maddi maraqları düşündürür.Rayonun bir neçə yerində restoranları, ticarət obyektləri fəaliyyət göstərir, Məlikballı kəndində böyük ferması , bahalı avtomaşınları, rayonda və Bakı şəhərində evləri var.Özü isə uzun müddətdir ki, xəstəliyini bəhanə edib heç bir işə yaramır.Təhsil Naziri Mikayıl Cabbarovda onun öhdəsindən gələ bilmir.Bu vəzifəyə gəlməmişdən əvvəl Fuad İsrayılov kənd soveti sədri olub.O, pedaqokiqadan tam uzaq bir adamdır.Belə yaramazın bu vəzifədə qalması Ucar rayon təhsil sitemini tamamilə iflic edib.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirik Ucar rayonunda istilik sistemi işləməyən orta məktəblərə nəzarət edilməsinə tapşırıq verəsiniz və başı kommersiya fəaliyyətinə, pul toplamağa qarışmış Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun barəsində ciddi tədbirlər görəsiniz. Onu təhsil sistemindən rədd etmək lazımdır”

RegionXəbərləri.com-un əməkdaşı şikayət məktubu ilə əlaqədar Ucar şəhər 1, 4 və 5 nömrəli orta məktəblərəində oldu.Həqiqətəndə şagirdlər papaqla, əlcəklə və paltonla oturub soyuq siniflərdə dərs keçir.Valideyinlər haqlı naraqzılıqlar edirlər.Şikayətlərlə əlaqədar Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovla telefon əlaqəsi yaratmaq mümkün olmadı.Ümüd edirik ki, aidiyyatı qrumlar Ucar sakinlərinin şikayətlərini yerində araşdırıb təcili, qanunu tədbirlər görəcəklər.

RegionXəbərləri.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Prezidentdən sensasion bəyanatlar:
Prezidentdən sensasion bəyanatlar: - mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı -
Azərbaycanlı bərbərdən qeyri-adi üsul:
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: - Bu dəfə şüşə ilə saç kəsdi – VİDEO
Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən,
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Mayın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata
reklam
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası "İslam dövləti" terror qruplaşmanın Rakkadan Palmiraya
Türkiyədə avtobus aşıb:
Türkiyədə avtobus aşıb: - 8 nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. XİA.az APA-ya istinadən
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEOREPORTAJ
Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil
 
XİA.az - TƏQDİMAT