Gəncədə 44 saylı məktəb lisey kompleksinin açılışı olub

Gəncədə 44 saylı məktəb lisey kompleksinin açılışı olub

Bu gün Gəncə şəhər 44 saylı məktəb lisey kompleksinin açılış mərasimi keçirilib.

XİA.az xəbər verir ki, qonaqlar məktəbin binası ilə tanış olublar. Bildirilib ki, 1300 şagird yerlik Gəncə şəhər 44 saylı məktəb lisey kompleksinin təmirinə bu il başlanılıb başlanılıb.

Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yeni il və dünya azərbaycanılılarının həmrəyliyi günü münasibətilə müəllim və şagird heyətini təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son illər respublikamızda yüzlərlə məktəbin tikilməsi, bir çoxunun isə yenidən bərpası təhsilə göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Gəncə şəhərində də təhsilin günün tələbləri səviyyəsində qurulması, kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə şəhər İcra Hakimiyyətində xüsusi proqram hazırlanıb. Ele bu meqsedle istifadəyə verilən Gəncə şəhər 44 saylı məktəb lisey kompleksi də görülən işlərin tərkib hissəsidir. Həyata keçirilən dövlət proqramı çərçivəsində şəhər ərazisində bir neçə məktəb əsaslı təmir edilərək istifadəyə verilib. Çıxış edənlər isə onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ediblər. Daha sonra rayon rəhbəri cənab Elmar Vəliyev açılış rəmzini bildirən lenti kəsdi. Sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub, şagird və müəllimlərlə səmimi söhbətlər aparıb, dəyərli tövsiyələrini verib. Məktəblə tanışlıq zamanı bildirildi ki, inşasına bu il başlanılan təhsil ocağı 3 mərtəbəlidir. 1300 şagird yerlik binada tədris, inzibati heyət və idarətmə, sinifdən xaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımı şərait yaradılıb. 120 müəllimin fəaliyyət göstərdiyi məktəb sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana ilə tıəchiz olunub. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün kompüter sinfi, laborotoriya yaradılıb. Məktəb daxilində yəməkxana, idman zalı, akt zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün hazır vəziyyətə gətirilib. Tədbir iştirakçıları daha sonra dərslərin gedişini izlədilər.

Daha sonra E.Vəliyev müəllimlərlə görüşdü, onların problemləri ilə maraqlandı. Hər birini ayrılıqda dinləri. Müəllimlər isə onlara yaradlıan şəraitə görə başçıya minnatdar olduqlarını söylədilər.

Sonra Elmar Vəliyev tədbir gələn şəhər sakinləri ilə Fiziulu parkında görüşdü. Onları qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi. Şəhər əhalisinə bildirdi ki, artıq 4 zavod tikilib, istifadəyə veriləcək. Hər bir işsiz işlə tənim olunacaqdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT