“2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq”

“2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq”
“2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.

“Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”, – deyə, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Prezidentin çıxışı Azərbaycan Dövlət Televiziysı (AZTV), İctimai Televiziya (İTV) və özəl televiziya kanallarında yayımlanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT