"Putin bu addımla Obamanı saymadığını göstərdi" — Politoloq rəyi

"Putin bu addımla Obamanı saymadığını göstərdi" — Politoloq rəyi
Obama administrasiyası hakimiyyəti təhvil verməyə bir neçə gün qaldığı halda rusiyalı 35 diplomatı "persona non grata" elan etdi.

ABŞ-ın bu addımına Rusiyanın sərt reaksiya verəcəyi gözlənilirdi. Amma Putin gözlənilənlərin əksinə addım atdı. Putin nəinki ABŞ diplomatlarını "persona non grata" elan etdi, eyni zamanda ABŞ səfirliyinin diplomatlarını yeni il şənlikləri çərçivəsində Kremlə dəvət etdi.

35 diplomatının "persona non grata" elan olunmasına cavab olaraq Rusiya tərəfindən ABŞ-ın Moskvada fəaliyyət göstərən səfirliyinin diplomatlarının uşaqları üçün 35 dəvətnamə göndərilib.

Politoloq Zərdüşt Əlizadə Putinin etdiyi siyasi gedişi Ölkə.Az-da şərh edib:

"Putinin atdığı bu addıma Donald Tramp səs verdi. Tramp bildirdi ki, mən həmişə bilirdim ki, Putin ağıllı adamdır və onun bu addımı uzaqgörən və çox ağılla atılmış bir addımdır.

Barak Obamanın "persona non grata" elan etdiyi şəxslər kəşfiyyatçılardır. Onlar rus kəşfiyyatçıları idilər və diplomatik çətir altında ABŞ-da fəaliyyət göstərirdilər. Rusiyadakı ABŞ səfirliyində də ABŞ kəşfiyyatçıları fəaliyyət göstərir. Putin hesab etdi ki, münasibətləri gərginləşdirmək lazım deyil və Obamanın atdığı addıma adekvat cavab vermədi.

Putin bu addımı atmaqla Trampın prezident kürsüsünə əyləşməsini gözləyir. Bu addımla Putin həm də bildirdi ki, Obamanı artıq saymıram, o, gedən prezidentdir, gələn prezidentlə danışmaq istəyirəm".

Səxavət Məmməd

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT