Eldar Mahmudov agentlərin mükafatlandırılması adıyla 1 milyonu necə mənimsəyib?- MTN ZABİTLƏRİ RƏHBƏRLİYİN ÜZÜNƏ DURUR

Eldar Mahmudov agentlərin mükafatlandırılması adıyla 1 milyonu necə mənimsəyib?- MTN ZABİTLƏRİ RƏHBƏRLİYİN ÜZÜNƏ DURUR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının agentlərin mükafatlandırılması adı ilə dövlət büdcəsindən 1 milyon manat mənimsəmələri epizodu üzrə dindirilən zabitlər nazir Eldar Mahmudovun adını çəkib.
Gununsesi.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, baş idarənin 1-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi, hazırda həbsdə olan Natiq Alıyevin general Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından ümumilikdə 600.000 manat götürdüyü müəyyən olunub.
N.Alıyevə bu barədə ifadə vermək təklif olunanda o, həmin pulların kimə və hara verildiyi barədə vəkilinin iştirakı olmadan məlumat verməyəcəyini bildirib: “Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi, general Sübhir Qurbanovdan soruşun. Verdiyiniz sualların şəxsən mənə aidiyyəti yoxdur. Mən o, pulları götürməmişəm. Mənə deyiblər ki, bu pullar rəsmi tədbir ilə əlaqədar xərclənir. Kassadan mənim təşəbbüsüm ilə 150.000 pul verməzdilər. O pulları mənə kim verərdi? Bunlardan birmənalı mənim xəbərim yoxdur. Ola bilər kassadan sənədi gətiriblər imza etmişəm, amma mən pulu görməmişəm. Gedin Sübahir Qurbanovdan soruşun”.
Aşkarlanan bu cinayət əməli ilə bağlı baş idarənin 1-ci idarəsinin sabiq rəisi, hazırda həbsdə olan Fizuli Əliyevə də ifadə vermək təklif olunsa da, o, Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından götürdüyü ümumilikdə 200.000 manat pulun kimə və hara verildiyini barədə yazılı izahat verməkdən imtina edib: “Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi Sübahir Qurbanovdan soruşun. Bu məsələni keçmiş nazir Eldar Mahmudov da bilir. Mənim tərəfimdən heç bir mənimsəmə olmamışdır. Mən tapşırığı icra etmişəm. Hər şeyi bilirəm, lakin bu haqda danışmayacam”.
Qalan pulları kassadan götürən MTN əməkdaşları, şöbə rəisi Elnur Həmidbəyli, baş əməliyyat müvəkkilləri Emin İmaməliyev və Rüfət Abdullayev bildiriblər ki, öz agentlərinə 100 min mükafat aldıqlarına dair qəbz imzalatdırıblar. Lakin qəbzi və pulu Füzuli Əliyevə veriblər.
İstintaq yüzminlərlə mükafata qol çəkən 9 nəfər agentlə nəzarət görüşləri keçirib. Onların hər biri həmin məbləğlərdə pul vəsaitlərini almadıqlarını, lakin baş idarənin müvafiq əməkdaşlarının tələblərinə və həmin pul vəsaitlərinin guya digər vacib əməliyyat tədbirlərinə istifadə olunacağı barədə onların izahlarına inanaraq həqiqətə uyğun olmayan qəbzlər yazdıqlarını bildiriblər.
Gununsesi.info

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT