Samux rayonunda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – VİDEOREPORTAJ

Samux rayonunda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – VİDEOREPORTAJ
XİA.az Azeravtoyol ASC-nin mətbuat xidmətinə əsasən xəbər verir ki, Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq işlər davam etdirilir.

Ümumi uzunluğu 36 km olan yolun 12 km-i Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır.

Layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 m-ə qədər qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Tikintinin aparıldığı ərazilərdə yol boyu maneələr kənarlaşdırılır, kommunikasiya xətləri köçürülür. Şəxsi istifadə üçün və əkin sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilir, buna paralel olaraq yeni su boruları qurulur, su keçidləri inşa edilir.

Yolun 23-cü km-də, Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11.5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.

Qeyd edək ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılmış olacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT