ASALA terrorçusu Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu etiraf edib

ASALA terrorçusu Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu etiraf edib
İsveçrənin “Hebdo” qəzetində müxbir Antuan Hararinin Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) üzvü, 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun əməkdaşını qətlə yetirən terrorçu Mardiros Jamkoçyan ilə görüşü barədə məqaləsi dərc olunub.

Məqalədə terrorçu ASALA-nın Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdiyini, bu qurumun Ermənistanın xüsusi xidmət orqanlarına və ordusuna inteqrasiya etdiyini, Ermənistanın terroru dəstəkləyən ölkə olduğunu etiraf edib.

AZƏRTAC terrorçu Mardiros Jamkoçyanın müxbirə etiraflarını diqqətə çatdırır.

Müəllif 1981-ci il iyunun 9-da Cenevrədə törədilmiş terror aktını belə təsvir edir: “Helvetika prospekti və Ferdinand-Hodler küçəsinin kəsişməsində atəş açılır. Sonra daha ikisi. Başından, ürəyindən və çiynindən yaralanan şəxs yerə yıxılır. Bir qədər aralıda taksi maşını tüstülənir: onun güllə atəşinə tutulmuş mühərriki partlayır. Bu, panikadır. Türkiyə konsulluğunun katibi Mehmet Savaş Erquz Mardiros Jamkoçyan adlı 21 yaşlı terrorçu erməni tərəfindən qətlə yetirilir. Uzun müddət hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəxsin aradan götürülməsi idi.

Terrorun müəllifi bilir ki, qətlə iyirmidən artıq şəxs şahidlik edib. O, cəld şəkildə Ferdinand-Hodler küçəsindəki binalardan birinə daxil olur, köynəyini dəyişir, tapançasını və istifadə etmədiyi qumbaralarını kənara atır.

Binadan çıxdıqdan sonra o, iti addımlarla Sən-Antuan prospekti istiqamətində gedir. O, məhkəmə binasına doğru gedərkən siqaret almaq məqsədilə yolda bir köşkün yanında dayanır. Yaxınlıqdan keçən birisi onu tanıyaraq polisə xəbər verir. Mardirosu həbs edirlər”.

Müxbir yazır ki, mən bu söhbəti onunla Ermənistan paytaxtının ticarət küçələrindən birində yerləşən kiçik və rahat qəhvəxanada – “Café de Paris”də edirəm. Mardiros Jamkoçyan bu qətliamdan 35 ildən artıq bir müddətin ötməsinə baxmayaraq, qətlin təfərrüatlarını təəssüf hissi keçirmədən danışır: “Mən altı gün ərzində “Jardin anglais”də (gölkənarı bulvarda) yatırdım. Mən silahımı Kornavən vağzalındakı saxlama kamerasında yerləşdirib Cenevrədə konsulu izləyirdim. Mən fürsəti gözləyib, lazım olan anda hərəkətə keçdim”.

Məqalədə deyilir: “O, tapşırığı yerinə yetirmək üçün Cenevrəyə göndərilməzdən əvvəl 17 yaşından etibarən Cənubi Livanda terror düşərgələrində təlim keçib. Həmin dövrdə ASALA çoxlarının bixəbər olduğu uydurma “erməni genosidi” barədə dünya ictimaiyyətini xəbərdar etmək məqsədilə silahlı hücumlar həyata keçirirdi. Onun fəaliyyət üsulu sadədir: bütün Avropa ərazisində Türkiyənin maraqlarını hədəfə almaq”.

İsveçrə məhkəməsi 1981-ci ildə Mardiros Jamkoçyanı 15 il müddətinə qapalı rejimli həbsxanada saxlanılmaqla azadlıqdan məhrum edir. ASALA onu azad etmək üçün çox təxribat və terror aktı törətsə də, İsveçrə güzəştə getmir. Nəhayət, 12 ildən sonra Mardirosu şərti cəza ilə azadlığa buraxırlar. İsveçrə bu terrorçudan canını qurtarmaq üçün onu etibarlılıq müddəti bir ay olan pasportla Ermənistana yola salır.

Müəllif yazır ki, Ermənistana qayıtdıqdan sonra onu qəhrəman kimi qarşılayırlar. Onu dərhal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinə göndərirlər. Mardiros o dövrdə erməni ordusuna rəhbərlik edən Vazgen Sarqsyanın çox yaxın adamına çevrilir və vəzifə pillələrində onunla birlikdə yüksəlir. O zaman müdafiə naziri və Dağlıq Qarabağda hərbi əməliyyatlara cavabdeh bir şəxs olan Vazgen Sarqsyan 1995-ci ildə baş nazir təyin edilir. Mardiros Jamkoçyan 1997-ci ilədək onun cangüdənlərindən biri olur.

Göründüyü kimi, ASALA terrorçusu Ermənistanın terroru dəstəkləyən dövlət olması faktını isveçrəli jurnalistə etiraf edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT