20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

XİA.az-ın məlumatına görə, planda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT